Page 14 - design_Topcubashov_Full_Layout 1
P. 14
Əlimərdan bəy Topçubaşov
müәllim vә şagird kontingenti vә s. barәdә çoxsaylı mәqalәlәri
çıxırdı, dumanın tәhsil komissiyasının, habelә Bakı Kommersiya
mәktәbi vә Mariinsk Qızlar gimnaziyası himayәdarlar şurasının
üzvü seçilmişdi.
Ә.Topçubaşov XX әsrin әvvәllәrindә siyasi, mәdәni, ictimai
vә mәnәvi fikrin bir çox istiqamәtlәrinin öndәri, pioneri kimi
tanınırdı. O, Bakıda azәrbaycanlılar arasında ilk andlı mәhkәmә
iclasçısı olmuşdu. “Kaspi”nin ilk azәrbaycanlı redaktoru kimi
mәtbuat tarixinә düşmüşdü. 1902-ci ildә yerli xalqın – Azәrbaycan
türklәrinin ilk nümayәndәsi kimi Bakı Şәhәr Dumasının sәdri
seçilmişdi. 1905-ci ilә qәdәr bir neçә mühüm komissiya vә
şuranın üzvü olmaqla yanaşı, qanunverici orqanın işinә rәhbәrlik
etmişdi. Bu mühüm vәzifәdә çalışdığı üç il әrzindә şәhәrin
abadlaşdırılması üçün böyük işlәr görmüş, maarifin, mәdәniyyәtin,
sәhiyyәnin inkişafına mühüm töhfәlәr vermişdi. Çoxmillәtli,
çoxkonfessiyalı Bakıda dini-etnik zәmindә meydana çıxan
qarşıdurmaları önlәmәk üçün titanik fәaliyyәt göstәrmәli
olmuşdu. Milli, dini mәnsubiyyәtindәn asılı olmayaraq, Qafqaz
14 xalqlarının monolit birliyi ideyası onun “Kaspi”dәki mәqalәlәrinin
çoxundan qırmızı xәtt kimi keçirdi.
Lakin Әlimәrdan bәyin vә ideya tәrәfdarlarının bütün sәylәrinә
baxmayaraq, çarizmin körüklәdiyi ermәni-azәrbaycanlı münaqişәsinin
qarşısını almaq mümkün olmadı. İlk silahlı toqquşmalar 1905-ci
ilin fevralında Bakıda başlandı vә tezliklә iki xalqın qonşuluq
şәraitindә yaşadığı bütün Cәnubi Qafqaza yayıldı. Ermәni
şovinizminin gec-tez regionu qana çalxayacağı Azәrbaycanın ayıq
düşünәn siyasәtçilәri üçün әsla gözlәnilmәz addım deyildi. Onlar,
ilk növbәdә isә Ә.Topçubaşov yaxınlaşan tәhlükә barәdә çar
idarәçilәrini dәfәlәrlә xәbәrdar etmişdilәr. Amma tәәssüf ki,
çağırışları zamanında eşidilmәmiş, bәlkә dә, bilәrәkdәn qulaqardına
vurulmuşdu. Nәticәdә mütәşәkkil ermәni silahlı dәstәlәrinin dinc
şәhәr vә kәndlәrә basqınları başlayanda hökumәtin taleyin ümidinә
buraxdığı tәrәf müdafiәsiz Azәrbaycan türklәri oldu.
Başqa bir qorxulu tәmayül dә günü-gündәn geniş yayılırdı –
silahlı dәstәlәrdәn az mütәşәkkil vә qorxulu olmayan ermәni
tәbliğatı bir tәrәfdәn iki qonşu xalq arasındakı münaqişәni