Page 16 - design_Topcubashov_Full_Layout 1
P. 16

Əlimərdan bəy Topçubaşov


                  Qaspıralının tәklifi ilә Ә.Topçubaşov vә Kazan tatarlarının
                  nümayәndәsi Yusif Akçura yekdilliklә qurultayın sәdri seçildilәr.
                  İlk iclasda Әlimәrdan bәy Rusiya imperiyasının türk-müsәlman
                  әhalisinin siyasi, iqtisadi, mәdәni, milli vә dini problemlәrinin
                  geniş tәhlilini verәn mәruzә ilә çıxış etdi. Qurultay iştirakçısı
                  olan görkәmli tatar ilahiyyatçısı Musa Bigiyev sonralar yazırdı:
                  “Әlimәrdan bәyin bu tarixi nitqi son dәrәcә tәsirli idi. İştirakçıların
                  çoxu göz yaşlarını saxlaya bilmirdilәr”.
                     İlk türk-müsәlman forumunun işinә Zaqafqaziya, Krım,
                  Şimali Qafqaz, Volqaboyu, Ural, Türküstan vә Sibirdәn gәlmiş
                  nümayәndәlәr qatılmışdılar. Gündәlikdә dayanan әsas mәsәlә
                  gәlәcәk ictimai-siyasi hәrәkatın ideoloji bazasını vә fәaliyyәt
                  mexanizmini işlәyib-hazırlamaq idi. Qurultayın sonuna doğru
                  daha ehtiyatlı mövqe tutan mötәdil nümayәndәlәrin tәklifi
                  üstünlük qazandı. Nәticәdә siyasi partiya әvәzinә “İttifaqi-
                  müslimin” adlı ictimai hәrәkat yaratmaq qәrara alındı. Qeyd
                  etmәk lazımdır ki, Rusiya imperiyası tarixindә bu ilk müsәlman
                  ictimai-siyasi birliyinin bütün sәnәdlәri dәrin bilik vә tәcrübәyә
          16      malik hüquqşünas kimi Ә.Topçubaşov tәrәfindәn, yaxud onun
                  rәhbәrliyi altında hazırlanmışdı. “İttifaqi-müslimin” mütәşәkkil
                  bir qurum kimi qarşısına aşağıdakı vәzifәlәri qoyurdu: Rusiya
                  müsәlmanlarının әksәr qismini vahid hәrәkatda birlәşdirmәk,
                  xalqın proporsional tәmsilçiliyi әsasında Rusiyada konstitusiyalı
                  monarxiya rejimi uğrunda mübarizә aparmaq, müsәlmanların
                  ruslar, habelә digәr millәtlәrdәn olan әhali ilә hüquqi bәrabәrliyini
                  tәlәb etmәk, onların arasında tәhsilin, mәdәniyyәtin, ana dilindә
                  mәtbuatın, kitab nәşrinin, xeyriyyәçilik fәaliyyәtinin vә s. daha
                  geniş yayılmasına tәkan vermәk. Nümayәndәlәrin yekdil qәrarına
                  әsasәn, növbәti – ikinci qurultayı hazırlamaq da Ә.Topçubaşova
                  hәvalә olundu.
                     1906-cı ilin aprelindә Ә.Topçubaşov Bakı quberniyasından
                  I Dövlәt Dumasına deputat seçildi. Daha çox mәşvәrәtçi xarakter
                  daşıyan yeni qurumun tәntәnәli açılışı aprelin 27-dә baş tutmuşdu.
                  Lakin Әlimәrdan bәy Peterburqa yalnız iyunun 10-da gәlә bilmiş,
                  dәrhal da müsәlman fraksiyasının formalaşdırılmasına başlamışdı.
                  Rusiyanın türk-müsәlman xalqları I Dövlәt Dumasında 36 nü -
   11   12   13   14   15   16   17   18   19   20   21