Page 18 - design_Topcubashov_Full_Layout 1
P. 18
Əlimərdan bəy Topçubaşov
nizama salmaqdır”. “İttifaqi-müslimin” ayrı-seçkilik qoymadan
müsәlman әhaliyә vәtәndaş hüquqları verilmәsini irәli sürmәklә
yanaşı, aparıcı partiyaların әsas tәlәblәrinә dә qoşulur vә
bununla da, ölkәnin siyasi hәyatının ayrılmaz tәrkib hissәsi
kimi fәaliyyәt göstәrmәk mәramını ortaya qoyurdu. Müsәlmanlar
daha tәcrid vәziyyәtindә, hüquqsuz yaşamayacaqdılar, yaşamaq
istәmirdilәr. “İttifaqi-müslimin” hәmin qәti niyyәtin ifadәsi,
bәyanı idi. Proqram yekdilliklә qәbul olundu. 15 nәfәrdәn
ibarәt mәrkәzi komitә seçildi. Ә.Topçubaşov Rusiya
müsәlmanlarının әn tәcrübәli vә nüfuzlu siyasi xadimi kimi
partiyanın sәdri oldu. O, eyni zamanda siyasi mәsәlәlәr üzrә
komissiyanın rәhbәrliyinә dә seçildi.
“Vıborq bәyannamәsi”ni imzaladığına görә mәhkәmәnin
çıxardığı üçaylıq hәbs cәzasını çәkdikdәn sonra 1909-cu ilin
yayında Ә.Topçubaşov III Dövlәt Dumasındakı müsәlman
fraksiyasının sәdri K.Tevkelovla birlikdә Volqaboyu, Mәrkәzi
Rusiya, Orenburq vilayәti, Sibir vә türk-tatarların yaşadıqları
digәr әrazilәrә iki ay davam edәn sәfәrә çıxdı. Gәmi, qatar, at
18 arabası ilә hәyata keçirilәn uzun vә ağır sәfәrdә mәqsәd siyasi
cәhәtdәn fәal әhalini III qurultayın mәqsәdi, mәramı, qәrar vә
qәtnamәlәri ilә yaxından tanış etmәk, onların “İttifaqi-müslimin”
partiyası әtrafında birlәşmәlәrinә nail olmaq idi.
1906–1909-cu illәrdә Ә.Topçubaşov, әsasәn, Peterburqda
yaşayırdı. Mәhkәmәnin hökmü ilә hәr hansı xalq tәmsilçiliyi
orqanlarına seçilmәk hüququnu itirdiyinә görә növbәti Dövlәt
Dumalarına keçirilәn seçkilәrә qatıla bilmәmiş, yalnız müsәlman
fraksiyası bürosunun işinә rәhbәrlik etmişdi. Yeni qanunların,
habelә mövcud qanunlara әlavә vә dәyişikliklәrin hazırlanması,
deputatların fәaliyyәtinin koordinasiyası, büroya daxil olan
mәktubların, tәkliflәrin vә s. cavablandırılması ilә mәşğul
olmuşdu.
1909-cu ilin sonlarında Bakıya qayıdan Ә.Topçubaşov
yenidәn vәkillik vә jurnalistlik fәaliyyәtini davam etdirmişdi.
Birinci Dünya müharibәsi başlanana qәdәr o, daha çox soydaşları
arasında ictimai fәaliyyәt vә mәdәni-maarifçilik işi ilә mәşğul
olmuş, “Nicat” cәmiyyәtinin başçısı vә “Sәadәt” mәktәbinin