Page 13 - design_Topcubashov_Full_Layout 1
P. 13
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
cәhәtdәn nә qәdәr inkişaf edibsә, mәtbuatın tәsiri dә o qәdәr
güclü şәkildә meydana çıxır. Tam haqlı olaraq belә toplumlarda
mәtbuat ictimai-mәnәvi hәyatın güzgüsü sayılır. Hәmin güzgü
özündә cәmiyyәt hәyatını gerçәk boyaları, sevinc vә kәdәrlәri,
bütün sinif vә tәbәqәlәrin gündәlik yaşayışlarının rәngarәng
tәzahürlәri ilә әks etdirir. Eyni zamanda ictimai fikrin ifadәçisinә
çevrilәrәk hәr bir cәmiyyәt üçün ciddi әhәmiyyәtә malik ideya
vә idealların daşıyıcısı kimi çıxış edir. Bu ideya vә ideallar isә
cәmiyyәti müsbәt elementlәrlә zәnginlәşdirir, insanları ruhlandırır,
onları daim inkişafa, tәkmillәşmәyә sәslәyir”. Bakının hәmin
dövrdә әn böyük vә populyar qәzetini redaktә etdiyi 7 il әrzindә
Ә.Topçubaşov bu mühüm prinsipdәn bir addım da geri
çәkilmәmişdi.
Onun adı “Hәyat” qәzetinin – XX yüzilliyin bu ilk ciddi
milli-mәnәvi vә ictimai-siyasi platformaya malik anadilli mәtbu
orqanının yaranması vә tәxminәn ikiillik sәmәrәli fәaliyyәti ilә
dә sıx bağlı idi. 1905-ci ilin aprelindә – mәşhur 17 Oktyabr
manifestindәn bir neçә ay әvvәl nәşrә başlayan “Hәyat”ın
beşiyi başında milli jurnalistikanın üç nәhәng siması dayanmışdı: 13
Ә.Topçubaşov naşir, Ә.Ağayev vә Ә.Hüseynzadә isә redaktor
idilәr. İmtiyaz sahibi vә әsas maliyyә qaynağı isә hәmişә belә
ideyaların baş sponsoru kimi çıxış edәn “millәt atası” H.Z.Tağıyev
idi.
Maraqlıdır ki, “böyük üçlüyün” bir sıra mühüm tәşәbbüslәri
sәxavәtli vә uzaqgörәn mesenat H.Z.Tağıyevin adı ilә sıx bağlı
olmuşdu. Miqyasına görә son dәrәcә böyük işlәrdәn biri dә
XX әsrin başlanğıcında – 1901-ci ildә Bakıda azәrbaycanlı
qızlar üçün rus-Azәrbaycan mәktәbinin açılması idi. Ә.Topçu -
başov milli mәtbuatımızın banisi H.Zәrdabi vә H.Z.Tağıyevlә
birlikdә himayәdarlar şurasının üzvü seçilmişdi. Müdirә isә
Qazqazın ilk ziyalı müsәlman qadınlarından biri olan Hәnifә
xanım Abayeva-Mәlikova idi. Qeyd etmәk lazımdır ki, ümum -
rusiya miqyaslı siyasi proseslәrә fәal müdaxilәsinә qәdәr xalq
maarifi mәsәlәlәri Әlimәrdan bәyin ictimai fәaliyyәtinin әsas
istiqamәtlәrindәn biri idi. Onun “Kaspi”dә tәhsilin problem vә
sahәlәri – Bakı mәktәblәrinin vәziyyәti, tәdrisin sәviyyәsi,