Page 10 - design_Topcubashov_Full_Layout 1
P. 10
Əlimərdan bəy Topçubaşov
XIX әsrin ilk onilliklәrindәn etibarәn kifayәt qәdәr yaxşı
tanınırdı. Әlimәrdan bәyin atasının әmisi, İmperator Sankt-
Peterburq Universitetinin vә Rusiya Xarici İşlәr Nazirliyi Asiya
İnstitutunun professoru, tarixçi-numizmat, türkoloq, iranşünas,
şair vә tәrcümәçi Mirzә Cәfәr Topçubaşov (1786–1869) Rusiya
şәrqşünaslıq elminin banilәrindәn biri kimi mәşhurlaşmışdı,
Peterburq şәrqşünaslıq mәktәbinin ilk tәmәl daşını qoyanlardan
biri olmuşdu.
Tale nәslin banisinin – ulu babasının adını daşıyan Әlimәrdan
bәyin nazı ilә oynamamışdı. Beş yaşında atasını, aradan üç il
keçәndәn sonra isә anasını itirmişdi. Uşağın tәrbiyәsi ilә nәnәsi
– yüksәk mәnәvi keyfiyyәtlәri ilә seçilәn vә balaca Әlimәrdanın
ürәyini әlә almağı, onu şәrәfli nәslә layiq oğul kimi böyütmәyi
bacaran müdrik qadın mәşğul olmağa başlamışdı.
O, әvvәlcә bir müddәt әnәnәvi mәdrәsәdә oxumuş, sonra
isә Birinci Tiflis kişi gimnaziyasına qәbul edilmişdi. Oxuduğu
dövrdә gimnaziyanın yeganә azәrbaycanlı şagirdi kimi, tәkcә
milli mәnsubiyyәti ilә deyil, bilik vә bacarığı, çalışqanlığı ilә
10 dә ilk gündәn seçilmişdi. Rus dili, әdәbiyyatı vә tarix sahәsindәki
uğurları isә daha nәzәrәçarpan idi. Çox güman, bu sәbәbdәn dә
tәhsilini başa vurduğu 1884-cü ildә gimnaziya şurası yekdilliklә
Zaqafqaziya ölkәsinin tәqaüdçüsü kimi, onu Sankt-Peterburq
Universitetinin tarix-filologiya fakültәsinә göndәrmәyi qәrara
almışdı. Lakin birillik tәhsil kursunu başa vurandan sonra
Әlimәrdan bәy rus filologiyası üzrә mütәxәssis olmaq fikrindәn
daşınmışdı – tәqaüddәn imtina edәrәk, universitet rektoruna
yazdığı әrizәdә hüquq fakültәsinә keçmәk istәdiyini bildirmişdi.
Tәlәbә gәncin gözlәnilmәz addımı hәrtәrәfli düşüncәlәrin vә
gәlәcәyә hesablanmış niyyәtin bәhrәsi idi. Çünki çarizmin
hәyata keçirdiyi milli vә dini ayrı-seçkilik siyasәti nәticәsindә
soydaşlarının slavyan filologiyası mütәxәssisindәn daha çox
hüquqşünasa ehtiyacı olduğunu aydın başa düşürdü. Digәr
tәrәfdәn, Rusiya paytaxtında olduğu dövrdә “başını aşağı salıb
dәrsini oxumaqla” da kifayәtlәnmәk istәmәmişdi – Rusiya
universitetlәrindә günü-gündәn genişlәnәn tәlәbә hәrәkatının
fәal iştirakçıları sırasında yer almışdı. 1887-ci ildә gizli tәlәbә