Page 9 - design_Topcubashov_Full_Layout 1
P. 9

LİM RDAN  B Y  TOPÇUBAŞOV –
                           PORTRET CİZGİLƏRİ


                        yüzilliyin görkәmli ictimai-siyasi vә dövlәt
               XX xadimlәrindәn biri olan Әlimәrdan bәy Әlәkbәr
           bәy oğlu Topçubaşov (1863–1934) tәkcә doğma Azәrbaycanın
           deyil, Rusiya, Mәrkәzi Asiya vә Yaxın Şәrqin türk-müsәlman
           xalqlarının mәdәni hәyatı, siyasi tarixi vә milli azadlıq
           mübarizәsindә mühüm rol oynayıb. 70 illik ömrünün tәxminәn
           yarım әsri keçmiş Rusiya imperiyası hüdudları daxilindә yaşayan
           türk millәtlәrinin siyasi cәhәtdәn maariflәnmәsinә vә
           tәşkilatlanmasına, müstәqil  Azәrbaycan dövlәtçiliyinin
           qurulmasına vә beynәlxalq miqyasda tanıdılmasına, milli-
           ictimai hәyatın bir çox sahәlәrinin mütәrәqqi, demokratik
           ideyalarla zәnginlәşmәsinә hәsr edilib. Son dәrәcә mürәkkәb
           şәraitdә bütün bu mәqsәdlәrә nail olmaq üçün o, hüquqşünas,
           qәzet redaktoru, publisist, siyasәtçi, parlament üzvü, diplomat,  9
           dövlәt xadimi, siyasi mühacirәt hәrәkatının lideri kimi әn
           müxtәlif sәviyyәlәrdә onilliklәr boyu yorulmadan, böyük әzm
           vә iradә ilә mübarizә aparıb.
               Әlimәrdan  Topçubaşov (1922-ci ildә soyadından “ov”
           sonluğunu atıb, ailә әnәnәsinә uyğun “Topçubaşi” adlandırılmasını
           istәmişdi, amma nәdәnsә elmi әdәbiyyatda yenә dә israrla
           daha çox Topçubaşov variantından istifadә edilir. İndiki nәşri
           hazırlayarkәn biz dә bu stereotipdәn uzaqlaşa bilmәdik – Tәrc.)
           1863-cü il mayın 4-dә Qafqazın ovaxtkı inzibati mәrkәzi
           Tiflisdә, qәdim әnәnәlәrә malik әsilli-köklü zadәgan ailәsindә
           doğulmuşdu. Atası, rus ordusunun zabiti Әlәkbәr bәy gürcü
           çarı II İraklinin artilleriya rәisi vәzifәsinә qәdәr yüksәlmiş
           Әlimәrdan bәy Topçubaşinin (nәslin davamçıları öz soyadlarını
           onun hәrbi peşәsinin adından götürmüşdü) oğlu idi.  Anası
           Sevәr xanıma gәldikdә isә, әsil-nәsәb baxımından Topçubaşilәrdәn
           az mәşhur olmayan  Vәkilovlar ailәsindә doğulmuşdu.  Yeri
           gәlmişkәn qeyd edim ki, Topçubaşovlar nәsli Rusiyada hәlә
   4   5   6   7   8   9   10   11   12   13   14