Page 11 - design_Topcubashov_Full_Layout 1
P. 11

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           tәşkilatının üzvü kimi universitetdәn xaric edilmişdi. Yalnız
           onu yaxşı tanıyan, gәlәcәyinә inanan professorların işә qarışması
           nәticәsindә ali mәktәbә bәrpa olunmuş vә tәhsilini tamamlaya
           bilmişdi.
               1888-ci ildә universiteti namizәd dәrәcәsi ilә (1917-ci ilә
           qәdәr müdavimlәr tәhsillәrini hәqiqi tәlәbә, yaxud namizәd
           dәrәcәsi ilә başa vururdular. İkinci daha yüksәk sayılırdı vә
           tәxminәn indiki dövrün magistrinә bәrabәr tutulurdu – Tәrc.)
           bitirdi. Elmlәr namizәdi adı almaq üçün hazırladığı dissertasiya
           mülki hüquq mәsәlәlәrinә (daşınmaz әmlak hüququ) hәsr
           olunmuşdu. Qazandığı uğur gәnc Topçubaşova elmi mәnsәb
           haqqında düşünmәyә әsas verirdi. Hüquq fakültәsinin rәhbәrliyi
           dә azәrbaycanlı mәzunun kafedrada qalıb professuraya
           hazırlaşmasının tәrәfdarı idi. Lakin 1884-cü il universitet
           nizamnamәsinә görә, professorlar, ilk növbәdә isә hüquq
           sahәsindә çalışanlar yalnız xristianlar arasından seçilib hazırlana
           bilәrdi. Әlimәrdan bәy elmi mәnsәb naminә dinindәn imtina
           etmәk niyyәtindә deyildi.
               Ona görә dә 1889-cu ildә Tiflisә qayıdıb, Barışıq mәhkәmәsi  11
           hakiminin kömәkçisi vә Dairә mәhkәmәsinin katibi vәzifәlәrindә
           işlәmәyә başladı. Paralel şәkildә pedaqoji işlә dә mәşğul olurdu
           – Tiflis Әkinçilik Mәktәbindә qanunçuluğun әsasları fәnnini
           tәdris edirdi. Eyni zamanda Qafqaz Müsәlmanları Ruhani
           İdarәsinin hüquq mәslәhәtçisi vәzifәsini könüllü surәtdә üzәrinә
           götürmüşdü. İctimai işlәrdәn dә boyun qaçırmırdı – Qafqaz
           Hüquq Cәmiyyәtinin katibi vә kitabxanaçısı kimi çalışırdı,
           Tiflis müsәlmanlarının bütün ictimai-mәdәni işlәrinә dәstәk
           verir, yerli mәtbuat orqanlarında mәqalәlәrlә çıxış edirdi. Әslinә
           baxsan, Rusiya müsәlmanlarının gәlәcәk liderinin ictimai-siyasi
           fәaliyyәti daha öncәdәn – Sankt-Peterburq Universitetinin
           tәlәbәsi olduğu dövrdәn başlanmışdı.
               XIX әsrin sonunda Tiflis Qafqazın baş şәhәri, canişinliyin
           inzibati mәrkәzi idi. Lakin neft sәnayesinin sürәtli inkişafı
           nәticәsindә regionun başqa mühüm yaşayış mәskәni – Bakı
           sürәtlә Qafqazın iqtisadi vә mәdәni paytaxtına çevrilmәkdә
           idi. Digәr tәrәfdәn, çar idarәçilәrinin davamlı ruslaşdırma
   6   7   8   9   10   11   12   13   14   15   16