Page 15 - design_Topcubashov_Full_Layout 1
P. 15
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
qızışdırır, o biri tәrәfdәn isә baş verәn fәlakәtlәrin hamısında
“vәhşi tatarlar”ı günahkar çıxarırdı. Paytaxt qәzetlәrinin yalnız
“xristian qardaşlarına” ürәyi yanırdı, Bakı vә Azәrbaycanın digәr
bölgәlәrinin türk әhalisinin öz torpağında dinc, tәhlükәsiz yaşamaq
hüququ saya salınmırdı. Milli mövcudluğa tәhlükәnin günbәgün
artdığı belә bir şәraitdә Ә.Topçubaşovun rәhbәrlik etdiyi nümayәndә
heyәti (tәrkibinә Ә.Ağayev, F.Vәzirov, Ә.Hüseynzadә daxil
idilәr) 1905-ci ilin aprelindә paytaxt Peterburqa yola düşdü.
Burada onlar daxili işlәr naziri A.Q.Bulıqin vә digәr yüksәk
rütbәli dövlәt vә hökumәt nümayәndәlәri ilә görüşdülәr, real
vәziyyәt haqda mәlumat verdilәr, xalqın istәk vә tәlәblәrini
“yuxarılar”a çatdırdılar.
Tәbii ki, Azәrbaycan heyәtinin qaldırdığı mәsәlәlәrin hamısı
adekvat hәllini tapmadı. Lakin sәfәr yaxın gәlәcәkdә Rusiyadakı
türk xalqlarının tәmas qurub birlәşmәlәri baxımından әlamәtdar
oldu. Aprelin 8-dә Azәrbaycan elçilәri Volqaboyu vә Krım
tatarlarının tәmsilçilәri ilә bir araya gәldilәr. Rusiya müsәlmanları
siyasi partiyasının tәsisi ilә bağlı yekdil qәrar qәbul olundu.
İstәr o vaxta qәdәr, istәrsә dә sonra Әlimәrdan bәy ermәni 15
zülmünün at oynatdığı Azәrbaycanın müxtәlif guşәlәrini gәzib-
dolaşmışdı. İyun ayında o, şәxsi tәşәbbüsü ilә Qafqazın yeni
canişini qraf İ.İ.Vorontsov-Daşkovla görüşüb ona azәrbaycanlı
әhali adından petisiya tәqdim etmişdi. Sәnәddә Qafqazda
müsәlmanlara inamsızlıqla yanaşılmasından, onların dövlәt
qulluğunda cüzi tәmsilçiliyindәn, hәr addımda ayrı-seçkiliklә
üzlәşmәlәrindәn, ermәnilәrә qanunda nәzәrdә tutulmayan
güzәştlәr verilmәsindәn, Azәrbaycan türklәrinin düşünülmüş
şәkildә hәyat vә talelәri ilә bağlı problemlәrin hәllindәn
uzaqlaşdırılmasından danışılırdı. Bunun ardınca 1906-cı il
fevralın 2-dә Әlimәrdan bәy Topçubaşov Azәrbaycanın seçkin
şәxslәrdәn ibarәt nümayәndә heyәtinin başçısı kimi Tiflisdә,
canişin sarayında keçirilәn ermәni-müsәlman qurultayının işindә
iştirak etmişdi. O, millәtinin hәqiqi lideri vә humanist qayәli
siyasi xadim kimi, mәnasız etnik qarşıdurmanı mümkün qәdәr
qısa tezliklә dayandırmağa çalışırdı.
1905-ci ilin avqustunda Nijni-Novqorodda yarımgizli şәkildә
Rusiya müsәlmanlarının birinci qurultayı keçirildi. İsmayıl bәy