Page 19 - design_Topcubashov_Full_Layout 1
P. 19
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
fәxri sәdri kimi, milli tәhsil vә xeyriyyәçilik şәbәkәsinin qurul -
masında iştirak etmişdi.
Ә.Topçubaşov 1912-ci ilin iyun ayında Rusiya müsәlman -
larının Peterburqda keçirilәn IV qurultayının işinә qatılmışdı.
Hәmin әrәfәdә Stolıpin irticasının tәzyiqi altında ölkәdәki digәr
siyasi partiyalar kimi, “İttifaqi-müslimin”in dә fәaliyyәti, demәk
olar, dayanmışdı. Tәbii ki, müsәlman kütlәlәrinin siyasi fәallığı
da birinci rus inqilabı dövrü ilә müqayisәdә әhәmiyyәtli dәrәcәdә
zәiflәmişdi. Ona görә dә cәsarәtli, prinsipial çağırışlarına
baxmayaraq, nisbәtәn mәhdud tәrkibdә keçirilәn IV qurultay
dini qurumların fәaliyyәtinin tәnzimlәnmәsi haqda qanun
layihәsi hazırlamaqla işini başa vurdu. Partiyanın rәhbәrliyi
hәmin qanun layihәsi ilә, heç olmazsa, xalqın inamla yanaşdığı
din xadimlәrinin nisbi sәrbәstliyini qorumağa çalışırdı.
Birinci Dünya müharibәsi illәrindә Ә.Topçubaşovun siyasi
baxışları müәyyәn dәyişikliyә uğradı. O, әvvәlki illәrlә
müqayisәdә indi mütlәqiyyәt üsul-idarәsinә qarşı daha sәrt,
barışmaz mövqe tuturdu. Hәtta ehtiyatla da olsa, xalqı milli
müstәqillik, milli dövlәtçilik uğrunda mübarizәyә hazırlamağa 19
başlamışdı. Siyasi fәaliyyәtindәki başqa bir diqqәtçәkәn istiqamәt
Qafqaz xalqlarının birliyinә nail olmaq üçün atdığı mәqsәdyönlü
addımlar idi.
Tiflisdә 1916-cı ildә keçirilәn Qafqaz xalqlarının qurultayında
Ә.Topçubaşov ilk dәfә Qafqaz konfederasiyası ideyasını irәli
sürmüşdü. Regionun bütün xalqlarının könüllülük prinsiplәri
әsasında qoşulduğu azad, demokratik, bәrabәrhüquqlu “Qafqaz
evi”nin yaradılması hәlә Birinci rus inqilabı illәrindәn başlayaraq
onun fikrini mәşğul etmiş, әsas praktiki fәaliyyәt istiqamәtlәrindәn
birinә çevrilmişdi. Ümdә işi saydığı Qafqaz birliyi ideyasına
yalnız ömrünün son ilindә, Fransada siyasi mühacir hәyatı
yaşayarkәn nail olmuşdu. 1934-cü ilin avqustunda Azәrbaycan,
Gürcüstan vә Dağlılar Respublikasının nümayәndәlәri Brüsseldә
әsasında Әlimәrdan bәyin ideyaları dayanan Qafqaz Konfe -
derasiyası paktını imzalamışdılar. İndiki kimi, o zaman da
Rusiyanın әlaltısı kimi çıxış edәn ermәni siyasәtçilәri tәk -
lәndiklәrini görüb hәr vasitә ilә mühüm siyasi iradә nümayişinin
qarşısını almağa çalışmışdılar.