Page 21 - design_Topcubashov_Full_Layout 1
P. 21

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           ideyası üstünlük qazandı. Hәmin ilin iyununda Bakıda Müsәlman
           Milli Şurası tәsis edildi. Gizli sәsvermә nәticәsindә Әlimәrdan
           bәy yekdilliklә Şuranın sәdri seçildi. Milli Şuranın sәdrliyi
           vәzifәsi ona  Azәrbaycanın tәmsilçisi kimi ümumqafqaz
           regionunda daha әhәmiyyәtli siyasi rol oynamağa imkan
           yaradırdı.
               Vәziyyәti stabillәşdirmәk üçün geniş mәşvәrәtә ehtiyac
           duyan Müvәqqәti hökumәt 1917-ci ilin avqustunda A.F.Kerenskinin
           sәdrliyi ilә Dövlәt müşavirәsi adı altında ümumrusiya forumu
           çağırmışdı. Müşavirәnin işindә keçmiş imperiyanın müsәlman
           әhalisinin kompakt yaşadıqları regionları tәmsil edәn 34 nümayәndә
           iştirak edirdi.  Tәdbirdәn әvvәl keçirilәn toplantıda bütün
           müsәlmanlar adından Әlimәrdan bәyin çıxış etmәsinә yekdilliklә
           qәrar verildi. Ә.Topçubaşov lakonik, lakin tutarlı, bir qәdәr dә
           emosional mәruzәsindә çağdaş inqilabi dәyişikliklәr dövründә
           keçmiş imperiyanın digәr xalqları ilә müqayisәdә çoxmilyonlu
           türk-müsәlman әhalinin daha böyük mәhrumiyyәtlәrlә üzlәşdiyini,
           üzәrlәrindә daim milli vә dini zülmün ağır basqısını hiss etdiklәrini
           vurğulayaraq Müvәqqәti hökumәtdәn bu dözülmәz vәziyyәtә      21
           son qoymaq üçün tәcili surәtdә tәsirli tәdbirlәr görmәyi tәlәb
           etdi. Fevral inqilabından sonra ölkәdә tam kәskinliyi ilә üzә
           çıxan milli mәsәlәdәn bәhs edәrkәn natiq ümidvar olduğunu
           bildirdi ki, yeni, azad vә demokratik Rusiyada etnik, dini
           mәnsubluğundan asılı olmayaraq bütün xalqların dostluq vә
           qardaşlığı ideyasının qәlәbә çalacağı gün o qәdәr dә uzaq deyil.
           Rusiya xalqlarının taleyini hәll etmәk fikrinә düşәnlәrin qarşısında
           Ә.Topçubaşov yalnız müsәlman әhali ilә bağlı suallar deyil,
           ümumrusiya miqyaslı vәzifәlәr dә qoyurdu. Hәmin vәzifәlәr
           sırasına “xalqların azad şәkildә öz müqәddәratını tәyin etmәsinә
           әsaslanan ilhaqsız vә kontribusiyasız şәrәfli sülh”, “keçmiş
           imperiyanın bütün xalqlarının bәrabәrliyi vә onlar arasında
           bәrabәrhüquqlu әlaqәlәrin qurulması”, “milli-mәdәni muxtariyyәt
           prinsipinin hәyata keçirilmәsi” vә s. daxil idi.
               1917-ci ilin payızından başlayaraq Ә.Topçubaşovun fәal
           iştirakı ilә Cәnubi Qafqazın azәrbaycanlı әhalisi arasında Rusiya
           Müәssislәr Mәclisinә seçkilәrlә әlaqәdar ciddi iş aparılırdı.
   16   17   18   19   20   21   22   23   24   25   26