Page 24 - design_Topcubashov_Full_Layout 1
P. 24
Əlimərdan bəy Topçubaşov
Dövlәtçilik fәaliyyәtinin İstanbulda keçәn sәkkiz aylıq
dövrü bir diplomat kimi, Әlimәrdan bәyin böyük bacarıq vә
imkanlara malik olduğunu üzә çıxardı. Burada o, tanıtma
xarakterli “Azәrbaycan Cümhuriyyәtinin tәşәkkülü” adlı qısa
tarixi-siyasi oçerkini tamamladı. Bu yığcam әsәrin әsas müddәaları
Nümayәndә heyәtinin 1919-cu ildә yaydığı “Qafqaz Azәrbaycanı
Respublikasının sülh konfransına memorandumu” sәnәdindә
müәyyәn әlavә vә dәyişikliklәrlә tәkrarlanmışdı. İstanbulda vә
Parisdә Ә.Topçubaşov Antanta nümayәndәlәri, müxtәlif ölkәlәrin
sәfirlәri vә sәlahiyyәtli nazirlәri, yüksәk rütbәli dövlәt mәmurları
ilә çoxsaylı görüşlәr keçirmişdi. Bu görüşlәr ilk növbәdә
dünyanın siyasi xәritәsindә yeni dövlәt kimi Azәrbaycan
Cümhuriyyәtinin tәqdim vә tәbliğinә – onun tarixinin,
sәrhәdlәrinin, coğrafi koordinatlarının, mәdәniyyәtinin, insan
resurslarının, zәngin tәbii sәrvәtlәrinin izahına, aydınlaşdırılmasına
xidmәt edirdi. Digәr tәrәfdәn, Әlimәrdan bәy keçirdiyi müxtәlif
sәviyyәli görüşlәrdә imkan daxilindә gәnc dövlәtin maliyyә,
iqtisadi, hәrbi-texniki vә s. mәsәlәlәrini hәll etmәyә çalışırdı.
24 İstanbuldakı siyasi-diplomatik fәallıq Paris dövrü üçün dә
sәciyyәvi idi. Mәhz belә fәaliyyәt nәticәsindә 1919-cu il mayın
28-dә, Azәrbaycanın dövlәt müstәqilliyinin birinci ildönümü
günü onun elçilәri ABŞ prezidenti Vudro Vilson – sülh
konfransının rәhbәrlәrindәn biri vә yeni dünya düzәni ilә bağlı
14 maddәlik “Vilson prinsiplәri”nin müәllifi tәrәfindәn qәbul
olunmuşdu. ABŞ prezidentinә Cәnubi Qafqaz vә Azәrbaycanda
çağdaş tarixi-siyasi proseslәri aydınlaşdıran memorandum,
habelә azәrbaycanlıların sülh konfransından istәk, yaxud
tәlәblәrini әks etdirәn sәnәd tәqdim edilmişdi. Әlimәrdan bәy
ölkәsi vә xalqı adından lakonik, dәrin mәzmunlu nitqlә çıxış
etmişdi.
Fövqәladә vә sәlahiyyәtli nazir kimi, müvәqqәti paytaxt
Gәncәdәn çıxdığı gündәn başlayaraq Ә.Topçubaşov ardıcıl vә
sistemli şәkildә özünün, habelә rәhbәrlik etdiyi nümayәndә
heyәtinin bütün addımları barәdә ölkәnin Nazirlәr Şurası vә
Xarici İşlәr Nazirliyini mәlumatlandırırdı. Onun İstanbuldan
vә Parisdәn göndәrdiyi mәktublarda keçirilәn görüşlәr haqda