Page 25 - design_Topcubashov_Full_Layout 1
P. 25

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           informasiya, cari siyasi proseslәrin tәhlili, müxtәlif mühüm
           mәsәlәlәrlә bağlı xәbәrdarlıq, mülahizә vә faktlar әksini tapırdı.
           Yaş vә tәcrübә baxımından әqidә yoldaşlarının çoxu ilә
           müqayisәdә ağsaqqal sayılacaq Әlimәrdan bәy nazirlәrә vә
           digәr hökumәt mәnsublarına, diplomatlara, ümumәn ölkәsinin
           yeni idarәçilәrinә mәslәhәt vermәyi, yol göstәrmәyi özünә
           borc sayırdı. Әn әsası isә, o, heç zaman ruhdan düşmür,
           başladıqları işin uğurla sona çatacağına inanırdı. 1919-cu ilin
           noyabr ayında sülh nümayәndә heyәtinin rәhbәri mәhz belә
           nikbin mövqedәn çıxış edәrәk ölkәnin baş nazirinә yazırdı:
           “Biz әminik ki, hökumәt özünün mövcud qüvvәlәrini dövlәt
           quruculuğunun bütün sahәlәrindә Azәrbaycanın daxili vәziyyәtinin
           möhkәmlәndirilmәsinә sәrf edәcәkdir. Biz hökumәtimizdәn
           onun mәhz ölkәnin daxili hәyatını nizama salmaq yolunda
           atdığı hәr yeni addım, verdiyi hәr yeni sәrәncam barәsindә
           xәbәrlәr almaq arzusu ilә yaşayırıq. Hökumәt yalnız bu yolla
           indiki vaxtda xalqın rәğbәtini qazanmaq, eyni zamanda bizim
           dә müstәqil dövlәtçilik şәraitindә yaşamağa qabil olduğumuzu
           nümayiş etdirmәk iqtidarına malikdir”.                       25
               Parisdә Ә.Topçubaşov vә nümayәndә heyәtinin digәr üzvlәri
           ağır maddi vә mәnәvi şәraitdә yaşayırdı. Azәrbaycan hökumәti
           ilә, doğma vәtәnlә qarşılıqlı әlaqәlәrdә çoxlu çәtinliklәr vardı,
           daim vәsait çatışmırdı, soyuq vә iddialı avropalıları yenidәn
           rus işğalı tәhlükәsi qarşısında qalmış uzaq vә kiçik Azәrbaycanla
           maraqlandırmaq o qәdәr dә asan deyildi. Söhbәt müstәqil
           dövlәtlәrini qurmaq istәyәn nisbәtәn kiçik xalqlara gәldikdә,
           onların nitqindә dәrhal mentor әdaları sәslәnirdi, hәtta sәslәrindәki
           hiddәt vә saymazyanalığı da gizlәtmәk istәmirdilәr. Lakin
           bütün bunlar Әlimәrdan bәyi әsla tutduğu yoldan – Azәrbaycanın
           müstәqilliyi uğrunda mübarizәdәn çәkindirmirdi. Nazirlәr
           Şurasının sәdrinә göndәrdiyi 6–10 noyabr 1919-cu il tarixli
           mәktubda o, bütün çәtinliklәrә baxmayaraq duruş gәtirdiklәrini
           vә sona qәdәr duruş gәtirәcәklәrini vurğulayaraq yazırdı:
           “Doğrudur, bizi hәlә müstәqil dövlәt kimi tanımırlar, lakin
           getdiyimiz hәr yerdә hamıya artıq il yarımdan bәri dövlәt kimi
           faktiki mövcud olduğumuzu bildirir, öz parlamenti, hökumәti,
   20   21   22   23   24   25   26   27   28   29   30