Page 22 - design_Topcubashov_Full_Layout 1
P. 22
Əlimərdan bəy Topçubaşov
Maraqlıdır ki, onun özünün namizәdliyi tarixi Azәrbaycan
әrazisi ilә yanaşı, Orta Asiyanın Amu-Dәrya vilayәtindәn dә
irәli sürülmüşdü. Bu fakt azәrbaycanlı siyasәtçinin yalnız öz
vәtәnindә deyil, keçmiş Rusiyanın bütün türk-müsәlman әhalisi
arasında böyük nüfuz sahibi olduğunu göstәrmәkdәdir. Seçkilәr
26–28 oktyabr 1917-ci il tarixlәrindә baş tutdu. Ә.Topçubaşov
Rusiyanın gәlәcәk taleyini hәll etmәli olan qurumda birincilәr
sırasında doğma xalqının tәmsilçiliyi hüququnu qazandı. Lakin
bolşevik hakimiyyәtinin qurulması ilә Rusiyada başlanan
demokratik hәrәkata son qoyuldu. İlk iclası başa çatmamış
qanundan kәnar elan edilәn Müәssislәr Mәclisi ilә bağlı ümidlәr
boşa çıxdı.
Cәnubi Qafqaz üçün xaos vә qanlı qarşıdurmalar dövrü
olan 1918-ci ildә Ә.Topçubaşov әvvәl S.Şaumyanın daşnak-
bolşeviklәrinin, sonra isә Sentrokaspi diktaturasının at oynatdığı
Bakıda bir-birindәn dәhşәtli günlәr keçirmәli oldu. O, mart
soyqırımının dәhşәtlәrini yaşamışdı, Bakıda vә ölkәnin digәr
yerlәrindә dinc Azәrbaycan türklәrinin ermәni terror dәstәlәri
22
tәrәfindәn kütlәvi qәtlinin şahidi olmuşdu. Özü iki dәfә hәbs
edilmiş, bir neçә ay bolşevik-daşnak zindanında saxlanmış,
hәyatı tükdәn asılı vәziyyәtә düşmüşdü. Şәxsi arxivi vә qiymәtli
kitabxanası dağıdılıb talan edilmişdi. Yalnız 1918-ci ilin
avqustunda hәlә dә Azәrbaycan istiqlalının düşmәnlәrinin әlindә
olan Bakıdan bir möcüzә nәticәsindә çıxmağı bacaran Әlimәrdan
bәy gizli yollarla müvәqqәti paytaxt Gәncәyә gәlib әqidә
yoldaşlarına qoşula bilmişdi. Mәhz hәmin sәbәbdәn dә bu
istiqlal mübarizinin adına Azәrbaycanın İstiqlal Bәyannamәsini
elan edәn Milli Şura üzvlәrinin sırasında tәsadüf olunmur.
Baş nazir Fәtәli xan Xoyskinin tәklifi ilә o, 1918-ci il
avqustun 18-dә fövqәladә vә sәlahiyyәtli nazir kimi İstanbula
göndәrildi. Sentyabrın ilk günlәrindә Osmanlı paytaxtına yetişәn
Әlimәrdan bәy baş vәzir Tәlәt paşa ilә görüşdü. Tezliklә
müstәqil Azәrbaycan dövlәtinin elçisi kimi hәrbi nazir Әnvәr
paşa, xariciyyә vәziri Әhmәd Nәsimi bәy vә imperiyanın digәr
yüksәk vәzifәli dövlәt xadimlәri tәrәfindәn qәbul olundu. Sәfir