Page 42 - design_Topcubashov_Full_Layout 1
P. 42

Əlimərdan bəy Topçubaşov


                  dayanacaq. Sözün geniş mәnasında, neft mәsәlәsini xüsusi
                  izlәyәcәyik. Bu mәqsәdlә qәzetimizdә ayrıca “Neft şöbәsi”
                  fәaliyyәt göstәrәcәk. Neftin tәkcә Bakı rayonu adlandırılan
                  әrazidә deyil, ümumdövlәt miqyasında necә böyük әhәmiyyәt
                  daşıdığını nәzәrә alaraq, neft istehsalının vәziyyәti vә inkişafı
                  ilә bağlı bütün detallarla maraqlanacaq, çәtinlik vә problemlәrә
                  diqqәt çәkmәyә çalışacağıq. Çünki az öncә dә dediyimiz
                  kimi, neftin bizdәn ötrü ümumdövlәt әhәmiyyәti var.
                     Nәhayәt, Mәrkәzi Asiyadakı әrazilәrimiz vә Şәrq ölkәlәri
                  ilә qonşuluq münasibәtlәrimiz sonuncularla daimi ticarәt
                  әlaqәlәri saxlamağı zәrurәtә çevirmәklә yanaşı, Asiya yolu
                  üzәrindәki dәniz limanı kimi Bakının әhәmiyyәtini artırır.
                  Bu isә öz növbәsindә bizi Xәzәr dәnizi vә hövzәsindә
                  gәmiçiliyin inkişafına daha artıq diqqәt yetirmәyә vadar
                  etmәlidir. Sadaladığımız mәsәlәlәr vә hәmin istiqamәtdә
                  görülәn işlәr qәzetin “Dәniz şöbәsi”ndә әksini tapacaq.
                     Bakıya gәldikdә isә, “Kaspi” hәmişәki kimi, yenә dә
          42      sәhifәlәrindә şәhәrimizә xüsusi hәvәslә yer ayıracaq. Burada
                  yerli ictimai özünüidarәnin fәaliyyәt dairәsinә daxil olan
                  bütün mәsәlәlәr әksini tapacaq. Sәmimi surәtdә inanırıq ki,
                  xatırlatdığım istiqamәtdә hәlә çox, hәm dә birgә çalışmağımız
                  lazımdır. Birgә dedikdә hökumәt vә ictimai dairәlәri, şәhәr
                  ictimaiyyәtini vә mәtbuatı nәzәrdә tuturuq. Çalışmalıyıq ki,
                  ümumi sәylәrimizlә hәlәlik yarı Asiya tipli Bakı sanitariya
                  qaydaları vә zahiri görünüş, şәhәr tәsәrrüfatının tәşkili vә
                  әhalinin ehtiyaclarının ödәnilmәsi baxımından yaxşı mәnada
                  dәyişsin, gözәllәşsin. Bir sözlә, elә etmәk lazımdır ki, o,
                  neft sәltәnәtinin paytaxtı adına vә mövqeyinә hәr cәhәtdәn
                  layiq olsun.
                     “Kaspi”nin indiyә qәdәr tәqib etdiyi vә bundan sonra da
                  daim diqqәt mәrkәzindә saxlayacağı әsas hәdәflәr ümumi
                  şәkildә bunlardır. Qarşıya qoyulan vәzifәlәr öz-özlüyündә
                  çәtindir, mürәkkәbdir. Onların çәtinliyi bölgәmizin xarakter
                  etibarilә müxtәlifliyi, burada fәrqli din vә millәtlәrdәn ibarәt
                  әhalinin yaşaması ilә daha da artır, dәrinlәşir.
   37   38   39   40   41   42   43   44   45   46   47