Page 45 - design_Topcubashov_Full_Layout 1
P. 45

BAKIDA İLK RUS-MÜSӘLMAN QIZ

                            MӘKTӘBİNİN
                  AÇILIŞI MÜNASİBӘTİ İLӘ


                      izdә maarifin inkişafına ehtiyac böyükdür, hәtta
                      deyәrdik ki, son dәrәcә gözәçarpandır. Digәr
               Btәrәfdәn isә gәnclәrimizin tәlim-tәrbiyәsini üzәrinә
           götürә bilәcәk hәqiqi maarif ocaqlarının sayı o qәdәr azdır
           ki, qarşısına qoyduğu vәzifәnin sәciyyәsindәn asılı olmayaraq,
           hәr yeni mәktәbin açılışı vәtәninin xeyrini düşünәn insanların
           ürәyini fәrәhlә doldurur. Biz hәr yeni mәktәbә ölkәnin maarif
           müәssisәlәrindәn biri kimi baxır, onların timsalında bir yeni
           zәka mәbәdinin meydana gәlmәsini alqışlayırıq. Çünki hiss
           edirik ki, mәktәblәrin sayının artması vә nәticәdә maarifin
           geniş yayılması insanlarımızı işığın zülmәt, xeyirin şәr     45
           üzәrindә qәlәbәsinә daha da yaxınlaşdırır.
               Әgәr hәr növbәti mәktәbin yaranması cәmiyyәtin qabaqcıl
           hissәsindә belә tәbii sevinc hissi doğurursa, indiyә qәdәr
           misli-bәrabәri görünmәyәn, tarixdә ilk dәfә tәsis edilәn
           tamamilә fәrqli bir maarif ocağı haqqında nә demәk olar?
           Elә bir maarif ocağı ki, taleyin hökmü ilә ilk dәfә zülmәtdәn
           işığa pәncәrә açır? Hәm dә yalnız Qafqaz deyil, bütün
           Rusiya, hәtta dünya müsәlman әhalisinin indiyә qәdәr bu
           işıqdan qısqanclıqla gizlәdilmiş böyük bir kәsiminin kәdәrli
           hәyatını nәcib ziyası ilә nura qәrq edәcәk tәhsil müәssisәsi
           vasitәsi ilә!
               Müsәlmanların әqli vә tәrbiyәvi inkişafı yolunda yeni
           dövrün carçısı kimi meydana çıxan hәmin maarif ocağı Bakı
           şәhәrinin әsil-nәcabәtli fәxri vәtәndaşı Hacı Zeynalabdin
                    3
           Tağıyevin tәşәbbüsü ilә tәsis olunmuş imperatriçә Aleksandra
                      4
           Fyodorovna adına rus-müsәlman qız mәktәbidir. Mәktәbi
   40   41   42   43   44   45   46   47   48   49   50