Page 48 - design_Topcubashov_Full_Layout 1
P. 48

Əlimərdan bəy Topçubaşov


                     İslam ümmәtinin cahilliyi, әrәb әlifbasının çәtinliklәri,
                  şәriәt qaydalarının vә Quran hökmlәrinin savadlı tәfsirçilәrini
                  yetişdirmәk baxımından nizamlı mәktәblәrin olmaması
                  nәticәsindә müsәlman qadınının – hava vә işıqdan mәhrum,
                  yarıdustaq varlığın düşdüyü son dәrәcә acınacaqlı vәziyyәt
                  islam dininә mәnsub olan xalqların ümumi geriliyinin başlıca
                  sәbәblәridir. Bunlar hәm dә günümüzün mühüm, tәcili hәllini
                  gözlәyәn mәsәlәlәridir. Müsәlman xalqların gәlәcәyi hәmin
                  müşküllәrin tәxirә salınmadan vә düzgün çözülmәsindәn
                  asılıdır.
                     İslam dünyasının bütün kәskinliyi ilә üzә çıxan vә
                  çözülmәyәnә qәdәr müsәlmanların sonrakı normal
                  mövcudluğunu, xüsusәn dә müasir xalqların mәdәni-iqtisadi
                  mübarizәsindә hәr hansı şәkildә iştirakını müşkülә çevirәn
                  hәlli vacib ehtiyaclar tәdricәn bizimkilәrin dә beyninә
                  batmağa başlayır. Onlar bütün ömürlәrini içәrisindә keçirdiklәri
                  ağır şәraitin dözülmәzliyini görürlәr. Bu vәziyyәtin fәsad vә
          48      zәrәrini daha aydın şәkildә anlayırlar.
                     Mәhz hәmin sәbәbdәn dә Bakıda müsәlman qızları üçün
                  tәhsil müәssisәsinin açılması xәbәri islam alәmini hәyәcana
                  gәtirdi. İmperiyanın müsәlmanlar yaşayan vilayәtlәrindәn,
                  redaksiyamız da daxil olmaqla, Bakıya hәyәcanlı sorğular
                  gәlirdi: Bu nә cür mәktәbdir? Proqramı necәdir?  Tәlim-
                  tәrbiyә personalı kimlәrdәn ibarәt olacaq? Vә s. Mәktubların
                  çoxunda müsәlman qadını üçün tәhsil ocağının yaradılmasına
                  ehtiyatlı inamsızlıq da әksini tapıb: Cәnab  Tağıyev bu
                  tәşәbbüsә vaxtından әvvәl әl atmayıb ki? Müsәlman kütlәsinin
                  cahil tәbәqәsinin, әn әsası, islam ruhanilәrinin buna münasibәti
                  necә olacaq?
                     Etiraf etmәliyik ki, qoyulan suallar yenә dә “raison
                  d`etre”-ni (fr.: “tәsir qüvvәsi” – Tәrc.) saxlamaqdadır. Onları
                  doğuran başlıca sәbәb isә tәk müsәlman ziyalılarının deyil,
                  nә qәdәr utancverici görünsә dә, ibadәt etdiyi dini tәlimlә,
                  әsaslandığı şәriәt qaydaları ilә sәthi tanış olan müsәlmanların
   43   44   45   46   47   48   49   50   51   52   53