Page 43 - design_Topcubashov_Full_Layout 1
P. 43
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
Din vә millәtlәrlә bağlı mәsәlәyә gәldikdә, belә bir
prinsipial qeyd-şәrtimizi bildirmәyә tәlәsirik ki, heç bir
tәrәfә әyilmәdәn yalnız әdalәt mövqeyindә dayanacaq, bütün
xalqlara eyni münasibәt bәslәyәcәk, hәr birinin sәrbәst
mövcudluq haqqına hörmәtlә yanaşacağıq.
Hansı xalqa mәxsusluğundan asılı olmayaraq yaxşılığın
bütün tәzahürlәrinә rәğbәtlә yanaşacaq, kim tәrәfindәn yol
verilmәsindәn, harada rast gәlinmәsindәn asılı olmayaraq
qüsur vә eybәcәrliklәri kәskin tәnqid edәcәyik.
İşıqlandırılmasını mәqsәd kimi qarşıya qoyduğumuz
mövzuların genişliyinә baxmayaraq, “Kaspi”nin bütün
mәsәlәlәri әhatә etmәk şansı var. Onun әn böyük ölçülü rus
qәzetlәrinin hәcmindәn geri qalmayan formatı bizә lazımi
imkan yaradır.
Әdәbi qüvvәlәrә gәldikdә isә, adları “Kaspi” oxucularına
yaxşı mәlum olan, uzun illәrdәn bәri redaksiyada daim
çalışan әmәkdaşlardan başqa, biz imzaları mütaliә
hәvәskarlarına tanış görünәcәk Qafqaz publisist vә jurnalistlәri 43
arasından yeni şәxslәr dә dәvәt etmişik. Qüvvә vә imkanları
daxilindә redaksiya bundan sonra da sıralarını yeni qәlәm
sahiblәri ilә zәnginlәşdirmәkdә davam edәcәk. Әsas diqqәt
“Xәbәrlәr şöbәsi”nә verilәcәk. Bu mәqsәdlә yalnız Bakı
quberniyasının mühüm yaşayış mәntәqәlәrindә deyil, qonşu
quberniya vә әyalәtlәrdә dә tәlәblәrimizә cavab verәn
müxbirlәr axtarışındayıq.
Lakin redaksiyanın sәrәncamında nә qәdәr әdәbi qüvvә
olsa da, әmәkdaş vә müxbirlәrimizin sayını nә qәdәr artırsaq
da, hәr bir qәzet kimi “Kaspi” dә qarşısına qoyduğu vәzifәlәrin
uğurla yerinә yetirilmәsinә, gördüyü gündәlik işin sәmәrә -
liliyinә yalnız cәmiyyәtin rәğbәtini vә mәnәvi dәstәyini әldә
etdiyi tәqdirdә nail ola bilәr.
Qәzetimizin nisbәtәn geniş dairәdә yayılması, nәticәdә
2
mәrhum redaktor N.A.Sokolinskinin onun formatını böyütmәsi
cәmiyyәtdә “Kaspi”yә rәğbәtlә yanaşanların sayının çox da