Page 46 - design_Topcubashov_Full_Layout 1
P. 46

Əlimərdan bəy Topçubaşov


                  tәsis edәn sәxavәtli xeyriyyәçinin adı mәşhurluğu ilә vәtәninin
                  hüdudlarından kәnarda da yaxşı tanınır. O, xeyriyyәçilik
                  işini hәr zaman ürәyinin hökmü saymış imkanlı müsәlmanların
                  әn hәssas qәlbli nümayәndәsi kimi hörmәtlә anılır.
                     Dininә vә milliyyәtinә fәrq qoymadan bütün imkansızlara
                  әl tutan H.Z.Tağıyev bütün xeyirxah işlәrini kömәyә hәqiqәtәn
                  dә ehtiyacı olanların yardımına yetişmәyin vacibliyi vә
                  zәruriliyi fikrindәn çıxış edәrәk görür. O, milyon sahiblәrinin
                  yoxsulları öz sәxavәtindәn uzaqda tutmaq әnәnәsi kimi
                  mәhdud, tәhqiramiz düşüncәdәn çox uzaqdır.
                     Hәm dә bütün digәr mәsәlәlәrlә müqayisәdә cәnab
                  Tağıyev xalq maarifinin yayılmasına, bir qayda olaraq, daha
                  böyük hәvәs vә sәylә yardım göstәrir.
                     Bu baxımdan H.Z.Tağıyev – heç yerdә heç bir tәhsil
                  almayan, amma maarifin qadir gücünә varlığı qәdәr inanan
                  bu böyük tәbii ağıl sahibi tәhsilin atәşin tәrәfdarı kimi maarif
                  mәsәlәlәri barәdә tәmasda olduğu hәr kәsi inam vә enerjisinin
          46      gücü ilә heyrәtdә qoyur. Yalnız günümüzün ziyalı şәxslәrinin
                  dilindәn eşidilmәsi mümkün olan fikirlәr sәslәndirmәklә
                  cәnab Tağıyev hәmsöhbәtlәrini qeyri-adi maarif tәşnәliyi ilә
                  әfsunlayır. O, mәktәbi hәqiqәtәn sevir. Maarifin ehtiyac vә
                  tәlәbatına daim hәssaslıqla yanaşır.
                     Cәnab Tağıyevin fәxri himayәdar kimi hәr il müәyyәn
                  miqdar mәblәğ ianә etdiyi, yaxud onlarla şagirdinә tәqaüd
                  verdiyi tәhsil müәssisәlәrinin hamısının adlarını burada
                  sadalamağa lüzum görmürәm. Şagirdlәrә birdәfәlik maliyyә
                  ayırmaları şәklindә göstәrdiyi çoxsaylı maddi yardımdan
                  başqa, o, ictimai-dövlәt sәviyyәli, yaxud yerli әhәmiyyәtә
                  malik hadisәlәrdәn dә nәcib, xeyirxah şәkildә maarifin
                  xeyrinә istifadә edir. Bu münasibәtlә Bakıda  Aleksandr
                                   5
                  Nevski mәbәdinin bünövrәsinin qoyulması vә Gürcüstan
                  ekzarxının şәhәrimizә tәşrifi zamanı ianә etdiyi 10 min
                  rublu xatırlatmaq yerinә düşәrdi. Hәmin mәblәğin 3 min
                  rublu Bakıdakı pravoslav mәhәlli kilsә mәktәbinә verilmiş,
   41   42   43   44   45   46   47   48   49   50   51