Page 41 - design_Topcubashov_Full_Layout 1
P. 41

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           mәnәviyyatını, adәt-әnәnәlәrini, dini inanclarını, bir sözlә,
           bütün tәzahür formalarında gündәlik hәyatlarını, yaşayışlarını
           öyrәnmәk son dәrәcә zәruridir. Hәm dә fikrimizcә, müasir
           gerçәkliyin hadisәlәrini dәrindәn anlamaq vә dәrk etmәk
           üçün onları tarixi inkişaf prosesindә işıqlandırmaq daha
           böyük fayda gәtirә bilәr.
               Yerli әhalinin mәişәtinin öyrәnilmәsi zamanı eynitipli,
           yәni başqa xalq vә dövlәtlәrin dә keçdiyi tarixi inkişaf
           yolunda tәkrarlanan hadisәlәr üzәrindә dayanmaq da,
           fikrimizcә, mühüm fayda gәtirә bilәr. Belә araşdırmalar
           Qafqazın, xüsusәn dә Bakı quberniyası әhalisinin mәişәtindә
           Asiya xalqlarının hәyatı, güzәranı ilә bağlı çoxlu ümumi
           cizgi vә xüsusiyyәtlәrin aşkara çıxarılmasına tәkan verә
           bilәr. Eyni sözlәri qonşularımız olan Şәrq dövlәtlәri haqqında
           da demәk mümkündür. Heç kәsә sirr deyil ki, onların hәyat
           şәraiti ilә yaxından tanışlıq bizim üçün dә son dәrәcә
           faydalıdır.
               “Kaspi” qәzeti qüvvә vә imkanları daxilindә özünü bәyan  41
           olunan proqram üzrә әhalinin mәişәtinin öyrәnilmәsi kimi
           ciddi vә zәruri işә hәsr edәcәk. Çünki yerli sakinlәrin tәlәbat
           vә ehtiyacından xәbәrsiz mәtbuat hәyatın aramsız şәkildә
           ortaya çıxardığı problemlәrin hәlli üçün vaxtında vә lazımi
           nәticәlәrlә hökumәt orqanlarının, ictimai müәssisәlәrin
           yardımına yetişә bilmәz.
               Cәmiyyәtin tәlәbat vә ehtiyaclarını “Kaspi” hәmişә gücü
           çatan qәdәr izah etmәyә, obyektiv mövqedәn vә tәrәfkeşliyә
           yol vermәdәn dәyәrlәndirmәyә çalışacaq. Bu vәzifәnin
           layiqincә yerinә yetirilmәsi üçün qәzetimiz xalq tәsәrrüfatı
           vә insanların rifah halı ilә bağlı bütün mәsәlәlәri diqqәt
           mәrkәzindә saxlayacaq, әkinçiliyә, heyvandarlığa, ipәkçiliyә,
           bağçılığa, habelә digәr әlaqәdar sahәlәrә vә sakinlәrin başlıca
           mәşğulluq istiqamәtlәrini tәşkil edәn mәsәlәlәrә xüsusi
           diqqәt yetirәcәk. Lakin xalq tәsәrrüfatı vә xalqın hәyat
           sәviyyәsi ilә bağlı mövzular içәrisindә neft birinci yerdә
   36   37   38   39   40   41   42   43   44   45   46