Page 40 - design_Topcubashov_Full_Layout 1
P. 40
Əlimərdan bəy Topçubaşov
hadisәlәrini özünün bütün tәzahürlәrindә saf-çürük edib
dәyәrlәndirәcәyik.
Qafqaz tәbiәtinin zәnginliyi vә rәngarәngliyi ilә elm
alәmi üçün xüsusi maraq doğurmaqdadır. Mәmlәkәtimizin
geoloji, linqvistik, etnoqrafik vә s. baxımdan elmi fikrә bö -
yük material vә tәdqiqat imkanları vermәsi hәmin marağın
başlıca sәbәblәrindәndir. Qafqaz daim axtarışda olan insan
zәkasının yeni kәşflәri baxımından böyük diqqәt çәkәn ölkә
şöhrәti qazanıb.
Lakin elmi әhәmiyyәti ilә yanaşı, Qafqazın öyrәnilmәsi,
qafqazşünaslıq ümumi dövlәt maraqları baxımından da son
dәrәcә zәruri sahәdir. Bu, ilk növbәdә bölgәnin dinc inkişafının
tәmin vә bәrqәrar edilmәsi, onun bütün tәbәәlәrinin maddi
rifahının tәmin olunması, ümumi vәtәnimizlә sıx qarşılıqlı
vәhdәtin qurulması baxımından әhәmiyyәtlidir.
Dinc inkişaf vә әhalinin maddi rifah halının yüksәldilmәsi
ilә bağlı mәqsәdlәr isә yalnız maarifçilik ideyalarının güclü
40 tәbliği, hәr yerdә yayılması sayәsindә zәruri mәdәni tәlәbat
kimi onların gündәlik hәyat vә mәişәtinә daxil olması yolu
ilә әldә edilә bilәr.
Ona görә dә “Kaspi” qarşısına müqәddәs vәzifә kimi,
milli vә dini mәnsubluğundan, maddi vәziyyәtindәn asılı
olmayaraq, bütün Qafqaz әhalisi arasında maarifin intişarını
daim tәbliğ etmәk, bu istiqamәtdә dönmәdәn mübarizә
aparmaq vәzifәsi qoyur. Biz bütün mümkün vasitәlәrlә
hәmvәtәnlәrimizә hәr iki cinsdәn olan uşaqlar üçün ümumtәhsil
vә texniki mәktәblәrin açılması ideyasının zәruriliyini
çatdırmağa çalışacağıq. Onlara yalnız mәktәbin kömәyi ilә
istәr maddi, istәrsә dә mәnәvi baxımdan cәhalәt, nadanlıq
vә sәfalәtdәn tәdricәn xilas olmağın mümkünlüyü hәqiqәtini
çatdıracağıq. Yalnız mәktәbin onları hәr cәhәtdәn tәmin
olunmuş vәtәndaşlara çevirә bilәcәyi fikrini geniş yayacağıq.
Lakin әhaliyә qeyd edilәn istiqamәtlәrdә tәsir göstәrmәk
üçün ilk növbәdә insanlarımızın mövcud mәişәtini, әxlaqını,