Page 55 - design_Topcubashov_Full_Layout 1
P. 55

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           edilmiş proqrama әsasәn, ümumi tәhsil üçün zәruri fәnlәrdәn
           başqa, islam ilahiyyatı vә tatar dili (Azәrbaycan türkcәsi –
           Tәrc.) öyrәdilәcәk. Mәktәb müdirәsinin, rus vә tatar dillәri,
           habelә ilahiyyat müәllimlәrinin müsәlman olması vacib
           şәrtdir. Bütün xidmәt personalı da müsәlman qadınlar
           arasından seçilәcәk. Әlavә peşә sinfindә müsәlman ailәsi
           üçün zәruri sayılan әl işlәri vә evdarlıq öyrәdilәcәk. Nәhayәt,
           mәktәbin himayәdarlar şurasının tәrkibinә islam  dini
           icmasından seçilmiş hәr iki cinsin nümayәndәlәrindәn başqa,
           müsәlman ruhani idarәsinin tәmsilçisi – Bakı quberniya
           qazısı da daxil edilib.
               Verilәn mәlumatlardan da göründüyü kimi, qadın
           mәktәbinin tәşkili zamanı müsәlmanların nöqteyi-nәzәri
           baxımından zәruri sayılan bütün şәrtlәrә imkan daxilindә
           әmәl olunub.
               Mәktәbin qarşıya qoyduğu mәqsәdlәr necә hәyata
           keçirilәcәk? Bu artıq tәhsil müәssisәsi işçilәrinin vә hima -
           yә darlar şurasının vәzifәsidir. Fikrimizcә, rus-müsәlman qız  55
           mәktәbinin bütün gәlәcәk uğurları ilk növbәdә yaradıcı
           enerji vә rәftardan, tәlim-tәrbiyә işinin vicdanlı vә peşәkarcasına
           aparılmasından asılıdır. Әlbәttә, biz hәr yeni iş üçün sәciyyәvi,
           hәtta qaçılmaz olan nöqsan vә qüsurlardan danışmaq niyyәtindә
           deyilik. Maraqlandığımız әsas mәsәlә müsәlman qadın
           mәktәbinin xüsusiyyәtlәri ilә bağlıdır. Bunu deyәrkәn ilk
           növbәdә әsasnamәdә nәzәrdә tutulan şәraitin yaradılması vә
           ona ardıcıl şәkildә әmәl edilmәsini göz önünә gәtiririk.
           Yalnız belә olan tәqdirdә mәktәb müsәlman qızlarının tәhsil
           vә tәrbiyәsi üçün hәqiqi maarif ocağına çevrilә bilәr.
               Biz bu baxımdan mәktәb personalının vә himayәdarlar
           şurasının artıq tәşәkkül tapmış tәrkibinә çox böyük ümid
           bәslәyirik. Mәktәbin müdirәsi vә nәzarәtçi-müәllimlәri,
           habelә himayәdarlar şurasının müsәlman üzvlәri ziyalı
           müsәlmanlar sırasına daxil olan şәxslәrdir. Bu isә bizә
           mәktәbin işlәrinin uğurla aparılacağını, tәlim-tәrbiyә heyәti
   50   51   52   53   54   55   56   57   58   59   60