Page 54 - design_Topcubashov_Full_Layout 1
P. 54
Əlimərdan bəy Topçubaşov
tәminatı baxımından zәruri addım sayılmalıdır. İndiki konkret
nümunәdә dindaşlarımızı inandırmaq lazım idi ki, Bakıda
açılan rus-müsәlman qız mәktәbi sadәcә qızlarımıza gәlәcәk
qadın, hәyat yoldaşı, ana kimi müәyyәn zәruri biliklәr
vermәk mәramına xidmәt edir. Mәktәbdә aldıqları biliklәr
onları ailәdәn uzaqlaşdırmayacaq, ailә әnәnәlәrinә
yadlaşdırmayacaq, heç birini gәlәcәk hәyat yolunda dil vә
dinindәn, mәişәt şәrtlәrinin özünәmәxsusluqlarından tәcrid
etmәyәcәk. Başa salmaq lazım idi ki, müsәlman qızına tәhsil
vermәk ona yalnız ana dilini unudub rusca danışmağı
öyrәtmәk deyil. Bu hәm dә zövq vә sәliqә ilә geyinmәyi
bacarmaqdır. Әrinin sәdaqәtli hәyat yoldaşı, uşaqlarının
hәqiqi anası kimi qalmaqla yanaşı, asudә vaxtından da ağılla
istifadә etmәyi öyrәtmәkdir. Әlbәttә, sadalanan şәrtlәr
ümumәn bütün qız mәktәblәrinә münasibәtdә rәhbәr
tutulmalıdır. Lakin müasir mәrhәlәdә müsәlman qızlarının
tәlim-tәrbiyәsini ilk dәfә üzәrinә götürәn bir mәktәb hәmin
54 şәrtlәrә daha hәssas vә yüksәk sәviyyәdә cavab vermәli idi.
Yalnız belә şәraitdә ilk addımdan müsәlman cәmiyyәtinin
rәğbәtini qazanmaq, әn çox da eqoist ehtiraslarını tәmin
etmәk üçün qadını dünyadan tәcrid edib hәr şeydәn xәbәrsiz
saxlamağı mәqbul vә әlverişli sayan ikiüzlülәrin natәmiz
ümidlәrini puça çıxarmaq mümkün vә son dәrәcә vacib idi.
Şübhә etmirik ki, Bakı rus-müsәlman qız mәktәbi
sadaladığımız vә arzuolunan şәrtlәrin sәviyyәsinә yüksәlmәyi
bacaracaqdır.
Zәnnimizcә, buna әn yaxşı zәmanәt ilk növbәdә mәktәb
әsasnamәsinin açdığı tәşkilati imkanlardır. Hәmin imkanlar
müsәlman nöqteyi-nәzәrindәn zәruri sayılan bütün tәlәblәri
tәmin etmәyә şәrait yaradır.
Bu baxımdan diqqәtimizi daha çox çәkәn cәhәtlәrә nәzәr
salaq: mahiyyәt etibarı ilә mәktәb qapalı tәlim-tәrbiyә
müәssisәsidir. Oraya istisnasız şәkildә yalnız müsәlman
qızları qәbul olunur. Birsinifli ibtidai mәktәblәr üçün müәyyәn