Page 56 - design_Topcubashov_Full_Layout 1
P. 56
Əlimərdan bəy Topçubaşov
vә himayәdarlar şurası üzvlәrinin öhdәlәrinә götürdüklәri,
çәtin sayılmasa da, çox mәsul vәzifәyә mәhәbbәt vә şövqlә
yanaşacaqlarını düşünmәyә әsas verir. Bütün müsәlman
cәmiyyәti qarşısında din qardaş vә bacılarının sabahı ilә
bağlı olduqca mühüm işin mәhz onlara tapşırılmasından
doğan vәzifә borcunun şәrәflә yerinә yetirilmәsi duyğusu
bu şәxslәrin gәlәcәk mütәvazi, lakin son dәrәcә әhәmiyyәtli
fәaliyyәtlәrindә sәfәrbәredici stimul rolunu oynamalıdır.
Nәhayәt, himayәdarlar şurasının üzvlәri arasında Bakı
şәhәr başçısı, yerli qadın gimnaziyasının müdirәsi, kişi
gimnaziyasının direktoru, xalq mәktәblәrinin direktoru kimi
şәxslәrin olması da nәzәrdәn qaçırılmamalıdır.
Rus-müsәlman qız mәktәbinin maraqlarını onun binasının
tikilmәsi üçün tәmәnnasız torpaq sahәsi ayıran Bakı şәhәr
özünüidarәsi, habelә mümkün yardımlarını әsirgәmәyәn
digәr tәdris ocaqları ilә әlaqәlәndirәrәk ümid edә bilәrik ki,
adıçәkilәn qurumlar onun tәsәrrüfat, әn әsası isә pedaqoji
56 fәaliyyәtini düzgün qurmasına müsbәt tәsir göstәrәcәklәr.
Rus-müsәlman qız mәktәbinin tәşkili ilә bağlı diqqәt
yetirdiyimiz şәrtlәr, fikrimizcә, o qәdәr düşünülmüş vә
mәqsәdyönlüdür ki, lazımi şәkildә hәyata keçirildiklәri
tәqdirdә nәinki yeni tәhsil ocağının gәlәcәk uğurlarını indidәn
mümkün saymaq mümkündür, hәm dә ümid etmәk olar ki,
bu mәktәb özündәn sonra gәlәn oxşar müәssisәlәr üçün dә
nümunә rolunu oynayacaqdır. İki ildәn bәri bizim müsәlmanlar
arasında qız mәktәbinin açılması ilә bağlı dolaşan fikirlәrin
tәsiri altında, yaxın günlәrdә aldığımız xәbәrә görә, tezliklә
İrәvanda da belә bir maarif ocağının tәşkili nәzәrdә tutulur.
Hәm dә әsla şübhә etmirik ki, yerli müsәlmanlar üçün
Bakıdakı mәktәb yeganә nümunә kimi qalmayacaq. Çünki
müsәlmanların tәhsili ideyası mәhsuldar torpağa atılan saf
toxum kimi tezliklә nәcib vә xeyirxah bәhrәlәrini vermәlidir.
Belә bәhrәlәr sırasında ilkin olaraq faydalı tәşәbbüsün
uğurlu davamını görürük. Proses mәntiqi şәkildә rus-müsәlman