Page 64 - design_Topcubashov_Full_Layout 1
P. 64

Əlimərdan bəy Topçubaşov


                  bizim müsәlmanların XIX әsrin ikinci yarısındakı hәyat vә
                  mәişәtlәri barәdә zәngin material verә bilәr.
                     Mirzә Fәtәli Axundov tәnqidçi kimi fars dilindә bir neçә
                  әsәrin müәllifidir. Lakin hәmin risalәlәr dә kimsәyә mәlum
                  deyil vә indiyә qәdәr әlyazması şәklindә qalmaqdadır.
                  Nәhayәt, o, irihәcmli nәsr әsәrinin dә müәllifidir – söhbәt
                                                                        1
                  ana dilindә yazılmış “Aldanmış kәvakib” povestindәn gedir .
                                    25
                  Mövzusu Sәfәvilәr dövrü fars dövlәti hәyatından alınmış
                  povest geridә qalmış, cahil fars mühitini tәsvir edir vә o
                  qәdәr hәyati, o qәdәr canlı vә müasirdir ki, keçmişdәn daha
                  çox indiki fars qayda-qanunlarına, daha dәqiq desәk,
                  ümumiyyәtlә, heç bir qanunun olmamasına, çağdaş dәrәbәyliyә
                  işıq salır. Әminliklә demәk mümkündür ki, Sәfәvilәr dövrü
                  fars dövlәt adamlarının vicdansızlığı, әliәyriliyi, soyğunçuluq
                  vә satqınlığı bizim günlәrdә İranı fәlakәtin astanasına gәtirib
                  çıxaran dövlәt mәmurlarına da şamil edilә bilәr. Sadәcә
                  Nәcәf müctәhidlәrinin vә “bütün fars millәtinin” Müzәffәrәddin
          64
                      26
                  şaha mәktubunu yada salmaq kifayәtdir. Bilindiyi kimi,
                  hәmin mәktub sonda qüdrәtli sәdrәzәmin vәzifәdәn
                  uzaqlaşdırılması ilә nәticәlәnmişdi.
                     Lakin Mirzә Fәtәli  Axundov daha çox özünә “tatar
                  Molyeri” adı qazandıran dram әsәrlәri sayәsindә böyük
                  şöhrәt sahibi olmuşdur. O, Qafqaz canişini dәftәrxanasında
                  xidmәt etdiyi dövrdә altı komediya qәlәmә almışdı.
                     1851-ci ildә dövrün Qafqaz canişini knyaz Vorontsovun 27
                  tәşәbbüsü ilә Tiflisdә teatr açılmışdı. Bu hadisә Mirzә Fәtәli
                  Axundovda türk dilindә orijinal komediyalar yazmaq istәyi
                  doğurmuşdu. Әsәrlәrin süjeti müәllifin yaxşı bәlәd olduğu
                  Zaqafqaziya tatarlarının mәişәtindәn götürülә bilәrdi.  Vә
                  götürüldü dә! Komediyalar, habelә “Aldanmış kәvakib”


                  1  Povest Firidun bәy Köçәrli tәrәfindәn rus dilinә tәrcümә olunaraq
                  “Kavkazskiy vestnik” jurnalının may kitabçasında çap edilmişdir. (Müәllifin
                  qeydi.)
   59   60   61   62   63   64   65   66   67   68   69