Page 68 - design_Topcubashov_Full_Layout 1
P. 68
AZӘRBAYCAN TATARLARININ
ӘDӘBİYYATI
u günlәrdә Tiflisdә sәrlövhәyә çıxarılan ad altında
38
cәnab Firidun bәy Köçәrlinin tәrtib etdiyi broşür
Bçap olunmuşdur. Qiymәti 20 qәpikdir.
Müәllif Qori müәllimlәr seminariyasının tatar şöbәsindә
dәrs deyir. Tatar oxucularına rus yazıçılarının hәcmcә o
39
qәdәr dә böyük olmayan kitablarının – Tolstoyun “Tütün
vә şәrabın ziyanı haqqında”, Puşkinin “Balıq vә balıqçı
haqda nağıl”, “Müdrik Oleq haqda nәğmә” әsәrlәrinin
mütәrcimi kimi tanışdır. Habelә Şopenhauerin 40 “Nәslin
dahisi” әsәrini tatarcaya çevirib. Elәcә dә Mirzә Fәtәli
Axundovun “Aldanmış kәvakib” povestini tatar dilindәn
ruscaya tәrcümә edib. Cәnab Köçәrli ara-sıra Tiflis qәzetlәrindә
68 Azәrbaycan tatarlarının әdәbiyyatına dair mәqalәlәrlә çıxış
edir.
Bütün bunlar göstәrir ki, cәnab Firidun Köçәrli doğma
әdәbiyyatla yaxından tanış olan, onun tarixi, yaradıcılıq
nümunәlәri vә yaradıcı şәxsiyyәtlәri ilә maraqlanan azsaylı
ziyalı müsәlmanlardandır. Çap etdirdiyi “Azәrbaycan
tatarlarının әdәbiyyatı” broşürü dediklәrimizi bir daha sübuta
yetirir.
Broşür әvvәlcә irihәcmli mәqalә şәklindә “Kavkazskiy
vestnik” 41 jurnalının builki saylarından birindә işıq üzü
görmüşdür. Müәllifin onu ayrıca kitabça şәklindә buraxması
tәqdirәlayiq haldır.
Әlbәttә, 54 sәhifәlik kitabçada Azәrbaycan tatarlarının
bütün әdәbiyyatını әhatә etmәk mümkün deyildi. Aydındır
ki, müәllif özü dә belә iddiada olmamışdır. Doğrudur, bizim
tatarların әdәbiyyatı xüsusi ilә qiymәtli әsәrlәr baxımından
o qәdәr dә zәngin sayıla bilmәz. Lakin o, çoxdan meydana