Page 70 - design_Topcubashov_Full_Layout 1
P. 70
Əlimərdan bəy Topçubaşov
tez eşitmәk olur ki, hansısa bәydә, yaxud axundda bu vә ya
digәr müәllifin әsәrlәrinin tam külliyyatının әlyazması
saxlanmaqdadır. Lakin tәәssüf ki, hәmin әlyazmaların nәşri
istiqamәtindә heç bir iş görülmür. Onlar nә vaxtsa çap
olunacaqmı? Bunu kimsә bilmir. Bu baxımdan bizim
müsәlmanlar arasında nәşriyyat şirkәtlәrinin yaradılmasına
böyük ehtiyac var. Hәmin şirkәtlәr doğma әdәbiyyat
nümunәlәrinin çapını öz üzәrinә götürә bilәrdi. Әn ağrılısı
isә odur ki, ziyalı müsәlmanlar mәsәlәnin vacibliyinә qәtiyyәn
әhәmiyyәt vermir. Hәtta Allahın belә işlәri görmәk üçün hәr
cür imkan yaratdığı adamlar da doğma yazıçılarımızı
unutqanlıq girdabından çıxarmaq üçün yardıma tәlәsmir.
Mәsәlәn, bizә belә bir tarixçә mәlumdur: bir nәfәr son
dәrәcә savadlı tatar artıq neçә ildir ki, әlindәki materiallar
әsasında hәmşәhәrlisi Nizaminin tәrcümeyi-halını yazmağa
söz verir. Ancaq vәdlәrә baxmayaraq, böyük şairin bioqrafiyası
indiyә qәdәr ortada yoxdur. Başqa sәciyyәvi hadisә: bir
70 neçә ziyalı müsәlman Azәrbaycan şairlәrinin şahı sayılan
Vaqifin Şuşadakı dağılmış mәqbәrәsinin bәrpasını öhdәlәrinә
götürmüşdü. Amma illәr ötür, populyar tatar xalq şairinin
mәzarı әvvәlki kimi xarabazar vәziyyәtdә qalmaqda davam
edir. Yalnız Şuşa şәhәrinin tatar xanımları hәr il Novruz
bayramı qabağı (martın 9-da) özünün ruh oxşayan şeirlәrindә
tatar qadınlarını vәcdlә tәrәnnüm etmiş Vaqifin (tәәssüf ki,
adını anmaq deyil, qәbri üzәrindә guya müxtәlif fiziki vә
mәnәvi xәstәliklәrdәn şәfa tapmağa yardım göstәrәn bir
sürü cahil ayinlәri yerinә yetirmәk üçün!) dağılmış mәzarını
ziyarәt edirlәr.
Müәlliflәrin әsәr vә tәrcümeyi-hallarının ortada olmadığı
bir şәraitdә Azәrbaycan tatarlarının tam әdәbiyyat tarixlәrinin
yazılması haqda fikirlәşmәk mümkündürmü?
Öz broşüründә cәnab Köçәrli yalnız bu әdәbiyyatın
icmal xarakterli konspektini vermişdir. Ona görә dә hazırladığı
qısa әdәbiyyat tarixindә hәr hansı prinsip әsasında müәlliflәrin