Page 73 - design_Topcubashov_Full_Layout 1
P. 73

MÜSӘLMAN QADINININ SӘRBӘST

                             FӘALİYYӘTİ

                                           49
                     atar qәzeti “Tәrcüman” bu ad altında öz sә hi -
                     fәlәrindә çox maraqlı mәqalә çap edib. Yazı mü -
               T sәlman qadınının müxtәlif sahәlәrdәki fәaliyyәtinә
           hәsr olunub. Müsәlmanların hәyatında baş verәn dәyişikliklәri
           diqqәtlә izlәyәn, dindaşlarının uğurlarından mәhәbbәtlә bәhs
           açan “Tәrcüman” sәmimi söz vә ifadәlәrlә tәhsil, әdәbiyyat,
           xeyriyyәçilik, ticari işlәr, hәtta elmi yaradıcılıq sahәlәrindә
           tәmsil olunan tanınmış müsәlman qadınlarının adlarını çәkir.
               Doğrudur, hәlәlik xalq yolunda, ümumi işlәrdә fәaliyyәt
           göstәrәn qadınlarımızın sayı o qәdәr dә çox deyil. Lakin
           müsәlman qadınının taleyin hökmü vә şәriәt qaydalarının
           ziddinә olaraq hazırda salındığı mәzlum vәziyyәtdә onun
           ayrı-ayrı nümayәndәlәrinin ictimai fәaliyyәt sahәsinә çıxmaları  73
           xeyli diqqәtәlayiqdir. Çünki onlar avamlıq vә cәhalәtin dörd
           bir yanlarına hördüyü keçilmәz hasardan ilk dәfә yol açmağı
           bacaran pionerlәr hesab olunmalıdırlar. İsmayıl bәy Qaspıralının
           doğru qeyd etdiyi kimi, “müsәlman qadını sakit vә mütәvazi
           bir tәrzdә ictimai fәaliyyәt meydanına qәdәm qoyur, bu
           günlә әlaqәlәrini kәsmәdәn gәlәcәyin planlarını cızır”.
               Şübhәsiz, müsәlmanların, ilk növbәdә isә müsәlman
           qadınlarının hәyatda doğru-düzgün inkişafının әn gözәl rәhni
           dә elә budur. Çünki müsәlman qadını hәtta savadsız vә
           avam olsa da, ailә idarәçiliyini öz әlindә saxlayır, uşaqların
           tәrbiyәsi ilә mәşğul olur. Evin әsas dayağı kimi, ictimai
           fәaliyyәt sahәsinә qәdәm basan müsәlman qadını bu addımı
           ilә hәm dә ailәnin möhkәmlәnmәsinә töhfә verir, tәbii şәkildә
           bütün müsәlman hәyatının bünövrә daşını qoymuş olur. Bu
           mәnada haqqında bәhs açdığımız hadisә son dәrәcә
           sevindiricidir. İnanırıq ki, onun gözәl bәhrәlәri özünü çox
           göz lәtmәyәcәk.
   68   69   70   71   72   73   74   75   76   77   78