Page 75 - design_Topcubashov_Full_Layout 1
P. 75
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
mәnimsәmәyә nail olurlar. Pendelka kәndindә Fatma xanım
Deberdeyeva (qızlıq familiyası Akçurina) öz hesabına iki,
İrkyazım kәndindә isә Mәryәm xanım Deberdeyeva (qızlıq
familiyası Akçurina) bir mәktәb saxlayır. Bu üç mәktәbdә
ümumilikdә 120 qız tәhsil alır. Hәm dә Mәryәm xanım
açdığı mәktәbdә şagirdlәrә әl işlәrini öyrәdir.
Ufada Mәryәm xanım Sultanova (qızlıq familiyası
Akçurina) öz hesabına yetimxana tәşkil edb. O, 20 nәfәrdәn
çox yetimin tәlim-tәrbiyәsi ilә mәşğul olmaqla yanaşı,
sonradan hәmin valideynsiz qızların pis yola düşmәlәrinin
vә mәhvә sürüklәnmәlәrinin qarşısını almaq üçün onların
gәlәcәk taleyi ilә dә yaxından maraqlanır. Bu xeyirxah
xanımların siyahısına 20 ildәn çox mәtbuatın inkişafı vә
sәsli üsulla tәdrisin yayılması sahәsindә çalışan mәrhum
Zöhrә xanım Qaspıralının 54 (onun da qızlıq familiyası
Akçurinadır), habelә Baxçasarayda 40-a yaxın qıza sәsli
üsulla dәrs deyәn Pәmbә xanım Bolatukovanın 55 (qızlıq
familiyası Qaspıralı) da adlarını әlavә etmәk lazımdır. 75
Bakıda Hacı Zeynalabdin Tağıyevin tәsis etdiyi
Aleksandriysk qız mәktәbindә altı nәfәr müsәlman xanım
56
işlәyir. Onlar mәktәbin müdirәsi Hәnifә xanım Mәlikova ,
57
kömәkçisi Mәryәm xanım Sulkeviç , müәllimәlәr – Şәfiqә
59
58
xanım Şeyxzadә , Sara xanım Axundova , Xәdicә xanım
60
Әbdürrәhmanova vә Rәhilә xanım Terequlovadır . Bütün
bu maarifçi xanımlar qızlıq familiyası Әrәblinskaya olan
61
Sona xanım Tağıyevanın xeyriyyәçilik himayәsi altında
ilk müsәlman qız mәktәb-pansionatında yorulmaq bilmәdәn
62
çalışırlar. General qızı, xeyriyyәçilik fәaliyyәtindәn әsla
usanmayan Hacı Zeynalabdin Tağıyevin zövcәsi vә mütәrәqqi
fikirli müsәlman qadını kimi tanınan Sona xanım böyük
tәvazökarlıqla, özünü gözә soxmadan qafqazlı müsәlman
qızların tәlim-tәrbiyәsi işinә nәcib töhfәsini verir.
Әgәr biz Kazan rus mәktәbinin pioneri sayılan knyaginya
63
Devletkildeyevanın (qızlıq familiyası Axmerova) vә aclıq