Page 76 - design_Topcubashov_Full_Layout 1
P. 76
Əlimərdan bəy Topçubaşov
illәrindә Ufada xeyirxah fәaliyyәti ilә hamının nәzәr-diqqәtini
64
çәkmiş Әminә xanım Feyzxanovanın şәrәfli adları üzәrindәn
sükutla keçsәydik, oçerkimiz natamam qalardı. Morozov
fabrikinin ipәk saplarından deyil, islamın әn yaxşı ideyalarından
toxunmuş çadrasına bürünmüş Әminә xanım Feyzxanova
xalq fәlakәtinin tüğyan etdiyi ağır vaxtda aylarla könüllü
şәkildә ac, xәstә, kömәksiz, sinqa yaraları tökmüş, yatalağa
yoluxmuş insanlara yardım göstәrmәk üçün gecәsini gündüzә
qatıb işlәmişdi. Yedirib-içirmәk, müalicә etmәk, oxutmaq,
tәsәlli vermәk – sadaladığımız bütün nәcib әmәllәr bu gözәl
müsәlman qadınının gündәlik fәaliyyәtindә vәhdәt halında
birlәşmişdi.
Xalq mәktәblәrinin әmәkdaşları kimi, Kasimov qәzasından
65
xanım Bәydәmirovanın , Kazandan şeyx Barudinin 66
xanımının fәaliyyәtini xatırlatmadan da keçә bilmәrik.
Müәllim olmaqla yanaşı, xanım Bәydәmirova hәm dә
yazıçıdır.
76 Bu yaxınlarda Tiflisdә üç ziyalı müsәlman xanımının
qızlar üçün yeni tipli mәktәb açmaq niyyәtindә olduqlarını
xәbәr vermişdik. Hәlәlik hәmin xanımların adları bizә
namәlum qalmaqdadır.
Qadınlar arasından çıxmış ilk müsәlman hәkimi kimi
67
tanınan xanım Kutluyarova-Süleymanovanın ardınca digәr
müsәlman qızları da xüsusi sәs-küy salmadan ali tibb tәhsili
almağa başlamışlar. İndi Peterburqdakı ali tibb kurslarında
Zeynәb xanım Әbdürrәhmanova, Şirinskaya (hәr ikisi
Krımdandır), Fatma xanım Yenikeyeva, K.Asfendiyarova
(Daşkәnd), Rahiyә xanım Qubayeva, M.Ş.Rәcәbova (Valday
ölkәsi), Aişә xanım Çisbayeviç, Mәryәm xanım Oliyeviç
(Qәrb vilayәti) kimi 14 müsәlman qızı tәhsil alır”.
Müsәlman qadınlarının tibbi tәhsilә malik bacılarına
böyük ehtiyacını nәzәrә alsaq, bu, xüsusilә sevindiricidir.
Tәәssüf ki, hәmin mәsәlәdә Zaqafqaziyanın müsәlman qızları
daxili quberniyalarda yaşayan rәfiqәlәrindәn geri qalır vә