Page 81 - design_Topcubashov_Full_Layout 1
P. 81
QAFQAZ MӘNZӘRӘLӘRİ
әnim üzәrimә qәzetin yeni il sayında sadәcә
dünәn vidalaşdığımız ötәnilki Qafqaz hәyatının
Micmalını vermәk vәzifәsi düşüb. Oxucular
bunun nә qәdәr çәtin vә ürәk açmayan iş olduğunu yaxşı bi -
lir . Bütünlükdә il әrzindә deyilәnlәrin, yazılanların “müxtәsәr”
tәkrarı sәciyyәsi daşıyan “icmallar”ın ümumi xüsu siyyәtlәri
haqda danışmadan “Qafqaz hәyatı icmalı”nın spesifik
çәtinliklәrini ayrıca vurğulamaq lazımdır. Ona görә dә bu
işә başlamaq hәlә ilk addımdan adamın hәvәsini öl dürür.
İlk növbәdә yeni, bitmәyәn, davamı gәlәn hadisәlәr
barәdә danışmaq özü o qәdәr dә tәhlükәsiz iş deyil. Üstәlik,
nәzәrә almaq lazımdır ki, hәmin hadisәlәr Mәrakeşdә, yaxud
Filippin adalarından birindә baş vermәyib ki, onlar barәdә
arxayınçılıqla, heç bir qorxu hissi keçirmәdәn söz açmaq 81
mümkün olsun. İcmalını çıxarmaq istәdiyimiz hadisәlәr
bizim Qafqaz ölkәsindә gedәn proseslәrdir. Tәkcә xatırlatdığım
mәqamın mövcudluğu mәsәlәni sona qәdәr aydınlaşdırmağın
zәruriliyi üçün kifayәtdir.
Lakin belә izahat olmadan da illik, yaxud hәr hansı
başqa xarakterli icmal üçün zәruri mәnbәlәrin ortaya qoyulması
baxımından Qafqaz hәyatından әtraflı söz açmağın nә qәdәr
çәtin olduğu hәr kәsә bәllidir.
İlin әvvәlindә, yanvarın 3-dә Gәncә qalasının ruslar
72
tәrәfindәn alınması vә çar I Aleksandrın xanımının şәrәfinә
ona Yelizavetpol adı verilmәsinin 100 illiyi qeyd edildi.
Tәntәnәli mәrasim zamanı Yelizavetpol qubernatoru Lutsau 73
şәhәr sakinlәrini mühüm ildönümü münasibәti ilә tәbrik
edib aşağıdakıları dedi: “Gәncә xanlığının Rusiyaya birlәş -
dirilmәsindәn 100 il keçir. Әhali dinc şәraitdә yaşayaraq
vәtәndaş hüquqları vә mәdәniyyәtin bütün bәhrәlәrindәn