Page 84 - design_Topcubashov_Full_Layout 1
P. 84

Əlimərdan bəy Topçubaşov


                     Belә icmal yerinә bugünkü sayımızdan etibarәn qәzetimizin
                  sәhifәlәrindә “Qafqaz mәnzәrәlәri” ümumi başlığı altında
                  söhbәtlәr aparmağa başlayacağıq. Hәmin mәnzәrәlәr elә
                  nәhәng tablodur ki, onları tam әks etdirmәk üçün neçә-neçә
                  fırçaya ehtiyac var. Әgәr dediyim mәnzәrәlәrin tәsvirindә
                  solğun rәnglәrdәn istifadәyә mәcbur qalsam, onlar bәzәn
                  hәyat nәfәsindәn mәhrum görünsәlәr, dumanlı, sadәcә әl
                  altındakı bütün boyaların üst-üstә yaxıldığı qarma-qarışıq
                  lövhә tәsiri bağışlasalar, oxucuların şikayәtlәnmәmәlәrini
                  istәyirәm.  Yenә dә tәkrar edirәm: indiki hәyat şәrtlәri
                  daxilindә rәssam olmaq, xüsusәn dә parlaq, işıqlı rәnglәrlә
                  ürәk oxşayan tablolar çәkmәk çox çәtindir.
                      Әgәr biz “Qafqaz mәnzәrәlәri”nin eskiz hissәsini tam
                  dolğunluğu ilә әks etdirә bilsәk, mәnәvi cәhәtdәn özümüzü
                  tәmin olunmuş sayardıq. Şәkli tamamlamağı isә peşәkar
                  rәssamların öhdәsinә buraxardıq. Çünki әvvәl-axır bizim
                  Qafqazda da belәlәrinin yetişәcәyinә әminik. Lakin
          84      arzuladığımız tamlığa vә mükәmmәlliyә nail olmaq üçün
                  ölkәnin hәyatından faktları, mәlumatları bilmәyimiz zәruridir.
                  Onları harada tәxmin etsәk vә tapsaq, oradan da götürmәyә
                  çalışacağıq. Әvvәlcәdәn bütün daimi vә tәsadüfi müxbir lә -
                  rimizә minnәtdarlığımızı bildiririk. Gәlәcәk fәaliyyәtimizdә
                  bütün ümidlәrimizi milli mәnsubiyyәtindәn asılı olmayaraq
                  Qafqaz ziyalılarına bağlayırıq.
                     Ziyalıların borcu Qafqazın mәnәvi vә iqtisadi dirçәlişinә
                  әllәrindәn gәlәn yardımı әsirgәmәmәkdir. Şübhәsiz, onların
                  hәr biri öz fәrdi fәaliyyәt sahәsindә ümumi işә fayda gәtirir.
                  Lakin vәtәnimiz Qafqazın indiki vәziyyәtindә, yaradıcı
                  insanların çatışmadığı mövcud şәraitdә hәr bir yerli ziyalının
                  borcu imkanı çatdığı qәdәr xalq kütlәlәrinin inkişafına
                  çalışmaq, onların cәhalәt yuxusundan oyanmalarında әvәzsiz
                  rolu olan aşkarlıq mühitinә yardım göstәrmәkdir.
                     Qoy hәr bir qafqazlı ziyalı rast gәldiyi eybәcәr fakt,
                  yaşadığı yerin bu vә ya digәr ehtiyacları, çatışmazlıqları,
   79   80   81   82   83   84   85   86   87   88   89