Page 87 - design_Topcubashov_Full_Layout 1
P. 87

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


               Bәs belә mollaları haradan tapmaq olar?
               Әvvәlki dövrlәrdә Zaqafqaziyanın bir çox yerlәrindә
           xüsusi mәdrәsәlәr (dini mәktәblәr) şöhrәt tapmışdı. Hәmin
           mәdrәsәlәrin bilik vә yüksәk mәnәvi keyfiyyәtlәri ilә tanınan
           müdәrrislәri savadlı mollalar yetişdirirdilәr. Lakin indi belә
           mәdrәsәlәr qalmayıb. Odur ki, dini tәhsil almaq istәyәn
           Qafqaz müsәlmanları İrana, Türkiyәyә, Misirә getmәli olurlar.
               Digәr tәrәfdәn, Zaqafqaziya Müsәlmanları Ruhani
           İdarәsinin mövcud әsasnamәsinә görә, xaricdә islam dini
           tәhsili görәn şәxslәr Qafqaz canişinliyi hüdudlarında dini
           vәzifә tuta bilmәzlәr.
               Belәliklә, çıxılmaz vәziyyәt yaranıb: öz vәtәnindә tәhsil
           almağa mәktәb, Rusiya imperiyasından kәnarda tәhsil
           görәnlәrә isә yer yoxdur.
               Belә olan tәqdirdә müsәlmanlar ehtiyac duyduqları ruha -
           nilәri, hәm dә bәlli şәrtlәrә, aydın mәsәlәdir ki, ilk növbәdә
           bilik vә mәnәvi kamilliklә bağlı tәlәblәrә cavab verәn din
           xadimlәrini haradan tapa bilәr?                              87
               Mәsәlә ilә әlaqәdar islam ümmәtinin bütün müraciәtlәri
           eyni ilә xeyriyyә cәmiyyәtinin yaradılması ilә bağlı әrizәlәr
           kimi cavabsız buraxılıb. Hәlә biz onu demirik ki, müsәlmanlar
           ruhani seminariyasının bütün xәrclәrini ödәmәyә hazır
           olduqlarını da dәfәlәrlә diqqәtә çatdırıblar.
               Amma deyәsәn, artıq yaranmış problemlә bağlı din
           qardaşlarımızın işlәri yoluna düşmәkdәdir. Zaqafqaziya
                                 76
                                                  77
           şeyxülislamı Axundzadә vә müfti Qayıbov Qafqazın mülki
           işlәr üzrә baş idarәsinin rәisi vәzifәsini icra edәn general
           Freze vasitәsi ilә imperator әlahәzrәtlәrinә vәliәhdin doğulması
                78
                                                        79
           münasibәti ilә göndәrdiklәri tәbrikdә bu xoş hadisәnin әks-
           sәdası kimi, Tiflisdә vәqf gәlirlәri vә şәxsi ianәlәr hesabına
           maliyyәlәşәn vә vәliәhdin adını daşıyan müsәlman ruhani
           seminariyası (mәdrәsә) açılması mәsәlәsini qaldırıblar.
               General Freze tәşәbbüsә hәssaslıqla yanaşıb. Onun
           tapşırığı ilә baş idarәnin dәftәrxanası hәlә 1904-cü ilin
   82   83   84   85   86   87   88   89   90   91   92