Page 86 - design_Topcubashov_Full_Layout 1
P. 86
MÜSӘLMAN RUHANİ SEMİNARİYASI
slam ruhanilәrinin, cәmiyyәtin, ilk növbәdә isә
mәtbuatın gündәliyә çıxardığı Qafqazda müsәlman
İdini seminariyasının tәşkili mәsәlәsi yerli islam
ümmәtinin hәyati tәlәblәri ilә sıx bağlıdır.
Müsәlmanlar üçün dinin әhәmiyyәti o dәrәcәdә aydın vә
anlaşıqlı bir işdir ki, bu barәdә xüsusi izahat vermәyә lüzum
görmürük. Sadәcә, islam din xadimlәrinin indiyә qәdәr
müsәlmanların hәyatında oynamış olduqları vә indi dә
oynadıqları rolu xatırlatmaq kifayәtdir. Buradan isә ortaya
yalnız bir nәticә çıxır: din xadimlәri nә qәdәr çox müsbәt
keyfiyyәtlәrә yiyәlәnsә, biliklәri nә qәdәr geniş vә әhatәli
olsa, yeni hәyat şәrtlәrinin dindarlar qarşısına qoyduğu
tәlәblәrә nә qәdәr şüurlu yanaşsalar, bir sözlә, daşıdıqları
86 adın vә üzәrlәrinә götürdüklәri vәzifәnin ucalığında nә qәdәr
bacarıqla dayana bilsәlәr, xalq kütlәlәrinә göstәrdiklәri tәsir
dә bir o qәdәr faydalı vә sәmәrәli olacaqdır. Yaxud da әksinә
– müasir hәyatın tәlәb etdiyi şәrtlәrә yalnız cahilcәsinә
deyil, hәm dә yad vә düşmәn münasibәt bәslәyәn din
xadiminin vurduğu zәrbәnin miqyası da ölçüyәgәlmәzdir.
Vәziyyәtin belә davam etmәsinin doğuracağı acı nәticәlәri
yaxşı anlayan müsәlman ziyalıları artıq çoxdan bәridir ki,
ruhanilәrin tәrkibinin yaxşılaşdırılması yolları ilә bağlı
müzakirәlәr aparırlar. Yaranmış çәtinlik isә öz növbәsindә
yalnız lazımi tәhsil vermәyi bacaran mәktәb vasitәsi ilә
hәllini tapa bilәr vә tapmalıdır.
Mübaliğәsiz demәk olar ki, son zamanlar ölkәdәki yaşayış
mәskәnlәrinin az qala tam yarısı mollasız qalıb. Din adamlarının
sayının get-gedә azalması nәzәrә alınarsa, burada qәribә heç
bir şey yoxdur. Tәbii ki, söhbәt yalnız müәyyәn tәlәblәrә
cavab verәn mollalardan gedir.