Page 82 - design_Topcubashov_Full_Layout 1
P. 82

Əlimərdan bəy Topçubaşov


                  yararlanmaqla inkişaf edir. Hәr bir insanın mal-mülk vә can
                  güvәnliyinin tәmin olunması, humanist qanunlar, geniş
                  özünüidarә – yerli әhalinin faydalandığı nemәtlәrin sırasına
                  ilk növbәdә bunlar daxildir”.
                     Qafqaz mәtbuatı. Bu iki sözün arxasında nәlәr gizlәnib...
                     Qafqaz mәtbuatı ölkәnin ictimai hәyatını әks etdirә
                  bilirmi?
                     “Әlbәttә, yox!” – deyә hәmin hәyatı bizim qәzetlәr
                  әsasında izlәyәn hәr kәs dәrhal cavab verә bilәr.
                     Әvvәla, Qafqazda yerli mәtbuat orqanları çox azdır.
                  Saymağa dursaq, yalnız bir-ikisinin adını çәkә bilәrik. Digәr
                  tәrәfdәn, mövcud olanlar da yalnız bir-iki şәhәrdә qәrar
                  tutub. Qalan mühüm yaşayış mәntәqәlәri, әrazi ölçüsü
                  baxımından az qala bütöv krallıqlardan geri qalmayan әyalәt
                  vә quberniyalar isә ümumiyyәtlә, hәr hansı mәtbu orqana
                  malik deyillәr. Onların vәziyyәti haqda mәlumat verilmәsi,
                  maraq vә mәnafelәrinin qorunması yuxarıda xatırlatdığım
          82      bir-iki qәzetin öhdәsinә düşür. Qonşu әyalәt vә quberniyalar
                  bir yana qalsın, hәtta öz hәyatımızın necә işıqlandırıldığı,
                  maraq vә mәnafelәrimizin necә qorunduğu isә hamıya yaxşı
                  mәlumdur.
                     Sadәcә onu xatırlatmaq kifayәtdir ki, Bakı qәzetlәri
                  Kuban vilayәti üçün hәyati әhәmiyyәt daşıyan mәsәlәlәri
                  müzakirә edir, Vladiqafqaz qәzetlәri İrәvan mәsәlәlәri ilә
                  mәşğul olur, Tiflis qәzetlәri Bakı, Aşqabad vә Qroznıda baş
                  verәn hadisәlәrdәn yazır, Tiflis isә bu zaman, tәbii ki, yada
                  düşmür.
                     Söhbәt tәk zövq mәsәlәsindәn getmir. Mәlum olduğu
                  kimi, zövqlәr haqda mübahisә etmirlәr. İstәr qonşu, istәrsә
                  dә nisbәtәn kәnar vilayәt vә quberniyaların hәyatı ilә bağlı
                  bu vә ya digәr mәsәlәlәrdәn yazan qәzetlәrin dilindәn söz
                                                       74
                  açmağa dәyәrmi? Hәtta mәşhur Ezop özü dә qorxunc
                                   75
                  Stsilla vә Xaribda arasından usta dalğıc kimi üzüb keçәn,
                  tәhlükәli mövzulardan yan ötәn Qafqaz jurnalistlәrinin
   77   78   79   80   81   82   83   84   85   86   87