Page 83 - design_Topcubashov_Full_Layout 1
P. 83
...Xalqımızın müstəqil yaşayacağına inanırdıq
mәclisindә әlinin dalını yerә qoyardı. Hәm dә belә mәharәtә
yalnız qәzetlәrin ştatlı әmәkdaşları deyil (әslindә, Ezop dili
ilә yazmaq onların peşәlәrinin birbaşa xüsusiyyәtidir),
yerlәrdәki xüsusi müxbirlәrimiz, bizә mәlumat, yaxud xәbәr
göndәrәn tәsadüfi müәlliflәr dә yiyәlәnib.
Qafqaz müxbirlәri necә maraqlı xalqdır! Onlar haqda
bütöv traktat yazmaq olar. Qәzet ordusunun bu çoxsaylı sıra
nәfәrlәri içәrisindә әmәyi ilә fayda gәtirәn hәqiqi zәhmәtkeşlәr
yetәrincәdir. Lakin sadәcә “yazıçılıq” xәstәliyinә tutulanlar
da az deyil. Birincilәrin sırasında әsas yerdә xalq müәllimlәri
dayanırlar. Onlar doğma yurda xidmәt kimi müqәddәs
vәzifәyә hәmin borcun tәlәb etdiyi ciddiyyәtlә yanaşmağı
bacarırlar. Cәhalәt vә avamlığın hökm sürdüyü Qafqaz
ölkәsinin indiki vәziyyәtindә mәtbuatın ehtiyacları xalq
maarifi sahәsindә çalışan, hәr kәsin hörmәt bәslәdiyi sadә
vә tәvazökar insanların – müәllimlәrin hesabına tәmin oluna
bilәrdi. Lakin müxtәlif sәbәblәrdәn buna nail ola bilmirik.
83
Sadәcә tәk-tük müәllimlәr bizә hәtta gedib çıxmaq mümkün
olmayan yerlәrindәn ara-sıra mәktub vә xәbәr göndәrirlәr.
Belә olan tәqdirdә soruşmaq lazımdır: Qafqaz mәtbuatı
indiki şәrtlәr daxilindә әtrafımızda cәrәyan edәn hәyat
hadisәlәrini müvafiq qiymәt dә vermәklә doğru-düzgün
işıqlandıra bilәrmi? İctimai fikrin ifadәçisinә çevrilә bilәrmi?
Axı mәtbuat icmalçı üçün yeganә mәnbәdir, ötәn illәrdәki
ictimai hәyatın tәhlilini aparıb, bu vә ya digәr nәticәyә
gәlmәk üçün yalnız onun yaydığı mәlumatlara әsaslanmaq
mümkündür. Amma tәәssüf ki, bu mәnbә haradasa yerin
altında qaynayır, Allahın bәxş etdiyi gün işığını görmür, hәr
tәrәfdәn mәngәnәsindә sıxıldığı sәrt süxurların arasından
çıxmağa yol axtarır.
Fikrimcә, gәtirdiyim bütün bu arqument vә dәlillәr ötәn
1904-cü ildә Qafqaz hәyatının icmalını hazırlamaq vәzifәsindәn
nә üçün imtina etmәyimin sәbәblәrini aydınlaşdırır.