Page 78 - design_Topcubashov_Full_Layout 1
P. 78

YENİ BAKI QAZISI


                            әnab qubernator knyaz M.A.Nakaşidze Bakı qazısı
                                                              68
                            vә Bakı quberniya mәclisinin sәdri vәzifәsinә Axund
                                                              69
                     C Mir Mәhәmmәd Kәrim Mir Cәfәrzadәni tәyin edib.
                     Bu vәzifә uzun müddәt boş qalmışdı vә son yarım il
                  әrzindә quberniya mәclisinin tәrkibindә yalnız bir üzv vardı.
                  Öz növbәsindә, tabeliyindә 6 qәza qazısı olan hәmin mәclis
                  әhalisi başdan-başa müsәlmanlardan ibarәt Bakı quberniyasının
                  bütün ruhani mәsәlәlәrini idarә edir. Amma tәәssüf ki, son
                  illәrdә quberniya mәclisi Bakı müsәlmanlarının dini işlәrinin
                  tәnzimlәnmәsindә xüsusi fәallığı ilә seçilmәyib. Tәkcә onu
                  demәk kifayәtdir ki, mәhәllәlәrin (onların sayı isә 500-dәn
                  artıqdır) yarıdan çoxunda hәlә dә mәhәlli mollalar yoxdur.
                  Vәqf mülklәrinin idarәçiliyinә dә mәclisin qayğısı çox az
          78      nәzәrә çarpır. Nümunә kimi, Bakının Qasım bәy mәscidi 70
                  yanındakı vәqf dükanlarını göstәrә bilәrik. Onların tәmirini
                  xeyli gözlәmәk lazım gәldi. Amma nәdәnsә, tәmirdәn sonra
                  da dükanlar uzun müddәt icarәyә verilmәdi vә hәlә dә boş
                  qalmaqdadır.
                     Din işlәrinә laqeyd münasibәt mәclisin әvvәlki tәrkibinin
                  zәifliyindәn, yoxsa bacarıqsızlığından irәli gәlirdi, bunu
                  deyә bilmәrik. Ancaq ümid edirik ki, quberniya mәclisinә
                  yeni qazı tәyinatı ilә qurumun fәaliyyәti canlanacaq vә
                  şәhәrimizin müsәlman әhalisinin ruhani ehtiyacları lazımi
                  hәllini tapacaqdır. Yeni Bakı qazısı şәhәr idarәçilәrinә vә
                  Bakı bölgәsinin bütün müsәlman әhalisinә yaxşı tanışdır.
                  Axund Mir Mәhәmmәd Kәrim Mir Cәfәrzadә әslәn bakılıdır.
                  Әn mötәbәr din xadimlәrinin yanında tәhsil görüb. Zaqafqaziya
                  Müsәlmanları Ruhani İdarәsindә birincilәr sırasında ali dini
                  rütbә  – axund adı almaq üçün imtahan verib. Bu zaman
                  özünün islam ilahiyyatı, habelә türk-tatar, әrәb vә fars dillәri
   73   74   75   76   77   78   79   80   81   82   83