Page 91 - design_Topcubashov_Full_Layout 1
P. 91

...Xalqımızın müstəqil yaşayacağına inanırdıq


           onların sәpilәcәyi tarla kimsәnin bәlәd olmadığı namәlum
           әrazi kimi qaldığından, ilk növbәdә, hәmin әrazinin mәtbuat
           vasitәsi ilә alaq otlarından tәmizlәnmәsi, yumşaldılması vә
           yararlı hala gәtirilmәsi son dәrәcә vacib idi. Çünki mәhz
           mәtbuat belә mәqamlarda ictimai fikrin ifadәçisinә çevrilir,
           bölgәnin vә xalqın hәyatını, tarixini işıqlandırır. Eyni zamanda
           mәdәni, iqtisadi vә mәişәt nöqteyi-nәzәrindәn mövcudluğun
           güzgüsü rolunda çıxış edir.
               Әtalәt hissinin bütün tәsirinә baxmayaraq, müsәlmanlar,
           instinktiv şәkildә olsa da, bu hәqiqәti başa düşmüşdülәr.
           Onlar şәraitin hökmü altında, özlәrindәn asılı olmayan
           sәbәblәr üzündәn qaranlıq, sirlәrini çözә bilmәdiklәri bir
           mәmlәkәtdә yaşamağa mәhkum edildiklәrinin fәrqindә idilәr.
           Ona görә dә başları üzәrindәki tutqun sәmada görünәn әn
           tәsadüfi, nadir işıq şüalarını da böyük acgözlüklә yaxına
           gәtirmәyә, üstlәrinә çәkmәyә çalışırdılar.
               İnanıram ki, bizim günlәrdә dә savadlı müsәlmanların
           çoxu 1875–1877-ci illәrdә “Kaspi” әmәkdaşı Hәsәn bәy         91
           Mәlikovun Bakıda nәşr etdiyi “Әkinçi” qәzetini yaxşı
                                                  83
           xatırlayırlar. Zәnnimcә, onlar hәmin qәzetin bәzi yazılarının
           mәzmununu, ötәri dә olsa, yada salmaqla Qafqaz müsәlman -
           larının içәrisinә düşdüyü durğun, iylәnmiş bataqlığın qısa
           müddәtdә necә hәrәkәtә gәldiyini, anadilli mәtbu nәşrin
           canlı, hәqiqi sözlәrinin müsәlman kütlәsinә necә ayıldıcı,
           oyadıcı tәsir göstәrdiyini göz önünә gәtirә bilәrlәr. Tiflisdә
           bir-birinin ardınca meydana çıxan digәr tatar qәzetlәrinin –
                                  85
                 84
           “Ziya” vә “Kәşkül”ün ictimai fikrә, tәәssüf ki, çox da
           güclü sayılmayacaq tәsiri dә yaddaşlardan silinmәyib. Әlbәttә,
           öz növbәsindә bu qәzetlәr cәnab Ünsizadәnin deyil, nisbәtәn
                                                   86
           daha bacarıqlı adamların әlinә düşsәydi, gәtirdiklәri fayda
           da böyük olardı.
               Bağçasaray şәhәrindә “Tәrcüman” qәzetinin nәşrә
           başlaması isә bizim müsәlmanların hәyatını xüsusәn parlaq
           nura bәnzәr işığa qәrq etdi. İyirmi ildәn artıq müddәtdә
   86   87   88   89   90   91   92   93   94   95   96