Page 66 - design_Topcubashov_Full_Layout 1
P. 66

Əlimərdan bəy Topçubaşov


                  habelә 1890-cı ildә “Zarncke Literarisches Centralblatt” 37
                  mәcmuәlәrindә ilk müsbәt rәylәr çıxdı.
                     Azәrbaycan tatarları әdәbiyyatında Mirzә Fәtәli Axundovun
                  xidmәtlәrinin ümumi mәnzәrәsi belәdir. Digәr tәrәfdәn,
                  yuxarıda deyilәnlәrdәn başqa, ilk dәfә o, bütün müsәlman
                  xalqlarının istifadә etdiyi әrәb әlifbasının çatışmazlıqlarına
                  diqqәt yetirmişdi. Bizim günlәrdә dә әrәb әlifbasının
                  dәyişdirilmәsi azadfikirli müsәlmanların ümumi qayğısıdır.
                  Lakin mәrhum Mirzә Fәtәli  Axundov mәsәlәni birinci
                  qaldırmışdı. Hәm dә onun hәlli üçün yaxşı vә düzgün yol
                  göstәrmişdi. Eyni zamanda tamamilә haqlı şәkildә belә
                  qәnaәtә gәlmişdi ki, milyonlarla müsәlmanın әsrlәr boyu
                  istifadә etdiyi әlifbanı, hәtta dahi sayılsa da, hec vәchlә tәk
                  bir fәrdin icadı olan yazı sistemi ilә әvәz etmәyә zorlamaq
                  düzgün deyil. Hәmin şәxs yalnız tәşәbbüskar qismindә çıxış
                  edә bilәr. Son vә ümumi qәrarı isә müsәlman dövlәtlәrinin
                  hökumәtlәri vermәlidir.
          66         Bu düşüncәdәn çıxış edәrәk Mirzә Fәtәli әrәb әlifbasının
                  dәyişdirilmәsi zәrurәti haqqında xüsusi memorandum hazırlayıb
                  yeni әlifba layihәsi ilә birlikdә Osmanlı vә İran hökumәtlәrinә
                  göndәrmiş, hәtta ideyasının müdafiәsi mәqsәdi ilә şәxsәn
                  Konstantinopola getmişdi. Konstantinopol vә Tehran sarayları
                  memorandumun, habelә Mirzә Fәtәli  Axundovun
                  tәkmillәşdirilmiş әlifba layihәsinin müzakirәsi üçün xüsusi
                  komissiya yaratmışdı. Komissiyalarda isә әsas söz sahibi
                  hәmişә vә hәr yerdә köhnәliyin tәrәfdarı kimi çıxış edәn
                  islam ülәması idi. Ona görә dә seçilәn yolun düzgünlüyünә
                  baxmayaraq, tәәssüf ki, әrәb әlifbasının islahı ilә bağlı
                  tәşәbbüs uğursuzluqla nәticәlәnmişdi. Belә vәziyyәt bütün
                  yaradıcı hәyatını müsәlman mühitinә maarif nuru gәtirmәyә
                  çalışan Mirzә Fәtәli  Axundov kimi bir tәrәqqi carçısını
                  sarsıtmaya bilmәzdi. Sonda doğma xalqını ürәkdәn sevәn
                  bu müsәlman xadimi dünyada qәlbinә әn munis saydığı
                  arzusunun gerçәklәşdiyini görmәdәn öldü. Tәәssüf ki, bizim
   61   62   63   64   65   66   67   68   69   70   71