Page 102 - design_Topcubashov_Full_Layout 1
P. 102

Əlimərdan bəy Topçubaşov


                  missionerlәr”in qәsdәn yaratdıqları süni maneәlәrlә maarifin
                  hәr bәlaya әlac sayılan hәyatverici nurundan uzaq salınmışdılar.
                  Müsәlmanlar Rusiyada bütün başqa xalqlarla müqayisәdә
                  köhnә quruluşun yaramaz qaydalarına daha çox tab gәtirmәli,
                  iztirab çәkmәli olurdular. Bütün rütbә vә dәrәcәlәrdәn olan
                  qaragüruhçuların, insana nifrәt ustalarının “qayğı”sı sayәsindә
                  ictimai mühitin fәzasına bol-bol buraxılan antidini vә antimilli
                  zәhәrlәr ilk növbәdә onları nәfәs almağa qoymurdu.
                     Aydın mәsәlәdir ki, belә zәhәrli, boğucu atmosferdә
                  ruhun bәdәnlә, mәnәviyyatın maddiyyatla qalibiyyәtli
                  mübarizәsi üçün münbit zәmin yarana bilmәzdi. Ona görә
                  dә hәr bir müsәlman özünüsınaq, özünәnәzarәt baxımından
                  nәlәrdәnsә imtinanın dәrin mәnәvi әhәmiyyәtinә baxmayaraq,
                  әnәnәvi şablon üzrә Orucluğun yalnız zahiri rituallarına
                  әmәl edirdi. Hәm dә o, Orucluq kimi mühüm mәnәvi amilin
                  hәqiqi mәna vә mәzmununa necә nüfuz edә bilәrdi ki, Quran
                  qiraәtindәn vә savadlı molla ilә ünsiyyәt imkanından sadәcә
         102      mәhrum idi? Dörd bir yanında yalanın, zorun, zülmün,
                  qanunsuzluğun, aldanış vә tәqiblәrin hökm sürdüyü bir
                  şәraitdә o, yüksәk mәnәvi ideallara necә qovuşa bilәrdi?
                  Xalq taleyinin tapşırıldığı şәxslәrin qanunların pozulmasında
                  öndә getdiklәrini, mәhz onların әhalini satqınlığa, yalançı
                  şahidliyә öyrәtdiklәrini, insanları zorla cinayәtә sürüklәdiklәrini
                  görәndә Orucluğun qutsallığı ideyasının arxasında dayanmaq
                  vә bunu gerçәyә çevirmәk asan idimi?
                     Bütün Rusiya vәtәndaşlarının hәyatlarının yenilәnmәsi
                  vә tәbii ki, daha da tәkmillәşmәsi üçün hәqiqi imkanı yalnız
                  köhnә rejimin çürümüş dayaqlarını kökündәn qoparıb atmağı
                  başlıca hәdәfi sayan azadlıq hәrәkatı yarada bilәrdi.
                     Ona görә deyә bilәrik ki, müsәlmanlar üçün dә әsl
                  dirçәliş erası başlanmışdır. İndi onlar daha asan vә sәrbәst
                  şәkildә, daha tәmiz hava ilә nәfәs almaq imkanı qazanıblar.
                  Belә şәraitdә bizim müsәlmanların ümdә borcu mövcud
                  vәtәndaş vә siyasi azadlıqlar zәminindә ictimai hәyatlarının
                  tam şәkildә yenidәn qurulmasına başlamaqdır.
   97   98   99   100   101   102   103   104   105   106   107