Page 682 - design_Topcubashov_Full_Layout 1
P. 682

İzahlar və şərhlər

                  612  “Gaulois” (dәqiq adı: “La Gaulois”) – fransız burjuaziya vә
                  aristokratiyasının 1868–1929-cu illәrdә Parisdә nәşr olunan, әsasәn,
                  sağ tәmayüllü әdәbi, siyasi illüstrasiyalı jurnalı.
                  613  Xolovka  (Holowka Tadeusz, Tadeuş  (1889–1931) – polyak
                  jurnalisti, publisist. 1920-ci ildәn Polşa ordusu baş ştabının II şöbәsinin
                  әmәkdaşı, diplomat. 1926–1927-ci illәrdә Varşava Milli Problemlәr
                  İnstitutunun direktoru, 1927–1930-cu illәrdә Polşa XİN Şәrq
                  departamentinin rәisi, 1930-cu ildәn Polşa Seyminin deputatı.
                  614  Konfederatlar komitәsi – Polşanın Türkiyәdәki sәfiri R.Knollun
                  maliyyә yardımı ilә 1924-cü ildә tәsis edilәn ümumqafqaz orqanı.
                  Tәrkibindә, әsasәn, sağ tәmayüllü partiyaları birlәşdirirdi. Qurumun
                  mәqsәdi bir tәrәfdәn antibolşevik ideyaların tәbliği, digәr tәrәfdәn
                  isә Qafqazın bolşevik işğalından azad olunmasından sonra region
                  dövlәtlәrinin konfederasiya halında birlәşmәsi ideyasına zәmin
                  hazırlamaq idi. Azәrbaycanı komitәdә M.Ә.Rәsulzadә ilә münasibәtlәri
                  o qәdәr dә yaxşı olmayan doktor X.Sultanov tәmsil edirdi.
                  615
                     Üçlәr müşavirәsi – Parisdә Azәrbaycan, Gürcüstan vә Dağlılar
                  Respublikası nümayәndә heyәtlәri üzvlәrinin iştirakı ilә yaradılan vә
                  qeyri-müntәzәm fәaliyyәt göstәrәn mәşvәrәtçi orqan.
                  616
                    Azadlıq komitәsi – tam adı: Qafqazın azad edilmәsi komitәsi.
         682      1924-cü ilin sonu, 1925-ci ilin әvvәllәrindә Parisdә tәsis edilmişdi.
                  Tәrkibindә  Azәrbaycan, Gürcüstan, Şimali Qafqaz vә Fransanın
                  antibolşevik qüvvәlәrini birlәşdirirdi. Komitәnin rәyasәt heyәtindә
                  Azәrbaycanı әvvәlcә C.Hacıbәyli, sonra isә M.Mәhәrrәmov tәmsil
                  etmişdi. 1926-cı ilin iyulunda azadlıq komitәsi Qafqaz Konfederatları
                  Komitәsi ilә birlәşәrәk Qafqazın Müstәqillik Komitәsi adı ilә fәaliyyәt
                  göstәrmәyә başlamışdı.
                  617  Mdivani Simon Qurgenoviç (1876–1937) – gürcü siyasәtçisi vә
                  dövlәt xadimi, gürcü sosial-federalistlәr partiyasının lideri, 1918–1921-ci
                  illәrdә Gürcüstan Respublikasının rәhbәrlәrindәn biri. 1924–1928-ci
                  illәrdә İstanbulda gürcü milli mәrkәzinin fәaliyyәtinә rәhbәrlik
                  etmişdi.
                  618  Lokarno razılaşması – İsveçrәnin Lokarno şәhәrindә 1925-ci il
                  oktyabrın 5-dәn 26-na qәdәr  Almaniya, İtaliya, Böyük Britaniya,
                  Belçika, Fransa, Polşa vә Çexoslovakiyanın iştirakı ilә aparılan
                  danışıqlar nәticәsindә imzalanan sәnәdlәr mәcmusu (yeddi sәnәd)
                  nәzәrdә tutulur.
                  619
                    Brian (Brian Aristide, 1862–1932) – fransız siyasәtçisi vә dövlәt
                  xadimi. Birinci Dünya müharibәsindәn sonra bir neçә dәfә Fransanın
                  baş naziri olmuşdu. Qafqazın müstәqilliyinә rәğbәtlә yanaşırdı.
   677   678   679   680   681   682   683   684   685   686   687