Page 679 - design_Topcubashov_Full_Layout 1
P. 679
İzahlar və şərhlər
583 “Novoe obozrenie” – 1884–1906-cı illәrdә Tiflisdә rus dilindә
çap olunan liberal istiqamәtli ictimai-siyasi qәzet. Әsas diqqәti Qafqaz
bölgәsinin, yerli xalqların problemlәrinә yönәldirdi. 1905-ci il
inqilabından sonra daha çox kadet partiyasının mövqelәrini müdafiә
edirdi. Qәzetdә azәrbaycanlı müәlliflәr dә çap olunurdular.
584 “Hәyat” – 1905–1906-cı illәrdә Bakıda H.Z.Tağıyevin imtiyaz
sahibliyi, Ә.Topçubaşovun naşirliyi, Әhmәd bәy Ağayev vә Әli bәy
Hüseynzadәnin redaktorluğu altında Azәrbaycan türkcәsindә nәşr
olunan gündәlik ictimai-siyasi, iqtisadi vә elmi-mәdәni qәzet. XX
әsrdә ilk milli qayәli anadilli nәşr idi.
585 Haşım bәy Vәzirov (1868–1916) – Azәrbaycan yazıçısı, dramaturq,
jurnalist, tәrcümәçi. Onun redaktorluğu altında 1907–1916-cı illәrdә
“Sәda”, “Sәdayi-hәqq”, “Sәdayi-Qafqaz”, “Qolos Kavkaza”, “İttifaq”,
“Mәzәli” kimi qәzet vә jurnallar nәşr olunmuşdu. “Kaspi”, “Hәyat”,
“İrşad” kimi mәtbu orqanların işindә dә yaxından iştirak etmiş,
cәsarәtli, polemik, bir sıra hallarda isә çığırğan yazıları ilә gündәmdә
qalmışdı.
586
Rza bәy Xәlilov – xalq müәllimi, Qori Seminariyasının mәzunu.
“Kaspi”dә ardıcıl çıxış edirdi. Çarizm vә sovet hakimiyyәti illәrindә
40 ilә yaxın Zәrdabın müxtәlif mәktәblәrindә müәllim vә direktor
kimi çalışmışdı. 679
587
Benkendorf Aleksandr Mixayloviç (1868–1919) – alman mәnşәli
rus iş adamı, neft-mәdәn sahibi, bir neçә çağırış Bakı Şәhәr Dumasının
qlasnısı, әsası 1913-cü ildә qoyulan “Benkendorf vә K” Ticarәt
Evinin baş aksioneri vә direktoru. Bakı Mariinsk qadın gimnaziyası
himayәçilәr şurasının üzvü idi.
588 Mәmmәdrza – doktor vә ictimai xadim Mәmmәdrza Vәkilov
nәzәrdә tutulur (bax: 268-ci qeyd).
589 “Turc” (“Türk”) – İttihad vә Tәrәqqi partiyası fәallarının 1903–1905-ci
illәrdә Misirdә çap etdiklәri qәzet. Әli bәy Hüseynzadә bu nәşrlә
әmәkdaşlıq edir, ara-sıra onun sәhifәlәrindә çap olunurdu.
590 Pәri xanım Topçubaşova (1873–1947) – Hәsәn bәy Zәrdabinin
qızı, Ә.Topçubaşovun xanımı.
Pleve Vyaçeslav Konstantinoviç (1846–1904) – alman әsilli rus
591
dövlәt xadimi. Senator, hәqiqi gizli müşavir. 1902-ci ildәn daxili işlәr
naziri. “Eser” tәşkilatının fәalı Yevgeni Sazonov tәrәfindәn Kişinyovdakı
yәhudi qırğınlarına mәsul şәxs kimi 1904-cü il iyulun 15-dә Peterburqda
terror yolu ilә aradan götürülmüşdü.
592 Vәbaya qarşı mübarizә – Bakıda 1904-cü ilin iyul ayından
oktyabra qәdәr davam edәn vәba epidemiyası vә Şәhәr Duması