Page 683 - design_Topcubashov_Full_Layout 1
P. 683
İzahlar və şərhlər
620 Societe Asiatique – Fransada Asiya xalqlarının dilini, tarix vә
mәdәniyyәtini sistemli şәkildә öyrәnmәk mәqsәdilә 1822-ci ildә
qurulan elmi cәmiyyәt. İlk prezidenti mәşhur fransız şәrqşünası
Silvestr de Sasi olmuşdu. 1822-ci ildәn mәşhur “Journal Asiatique”
mәcmuәsini nәşr edir. 700 nәfәrdәn çox üzvü var.
621
Әnvәr Topçubaşi (1911–1977-ci ildәn sonra) – Әlimәrdan bәy
Topçubaşovun kiçik oğlu.
622 Zora Hacıbәyli (Zәhra; qızlıq familiyası Hacıqasımova, 1893–
1960) – Ceyhun bәy Hacıbәylinin xanımı.
623 Mustafa Kamal Paşa (Mustafa Kemal Atatürk, 1881–1938) –
türk hәrbçisi vә dövlәt xadimi, Anadoluda milli-azadlıq mübarizәsinin
Qurtuluş Savaşının tәşkilatçısı vә lideri, Türkiyә Cümhuriyyәtinin
qurucusu vә ilk prezidenti (1923–1938). Türkiyәni modern dünyәvi
dövlәtә çevirmәk üçün hәyata keçirilәn islahatların müәllifi.
624 İsmәt paşa (İsmet İnönü, 1884–1973) – Türkiyә hәrbçisi, siyasi
vә dövlәt xadimi, Qurtuluş Savaşının iştirakçısı, Atatürkün yaxın
silahdaşı. 1923–1937-ci illәrdә fasilәlәrlә baş nazir, Atatürkün
ölümündәn sonra isә prezident (1938–1950) olmuşdu. Türkiyәnin
dövlәt vә siyasәt ierarxiyasında “ikinci adam” kimi tanınır.
625
Fevzi paşa (Fevzi Çakmak, 1876–1950) – Türkiyә hәrbi vә 683
dövlәt xadimi, marşal, Qurtuluş Savaşının iştirakçısı, Türkiyә Böyük
Millәt Mәclisinin sәdri (1921–1922), Türkiyә ordusunun Baş Qәrargah
rәisi (1924).
626
Nurәddin paşa (Nurettin İbrahim Konyar, 1873–1932) – Türkiyә
hәrbçisi vә siyasi xadim. Yaxın Şәrqdә ingilislәr üzәrindә qәlәbәsi ilә
mәşhurdur. Bir neçә çağırış Türkiyә Böyük Millәt Mәclisinin üzvü
olmuşdu.
627
Mehmet Zәki bәy (Mehmet Zeki Baraz, 1862–1943) – Türkiyә
hәrbçisi, marşal. Osmanlı ordusunun sonuncu Baş Qәrargah rәisi
olmuş, Qurtuluş Savaşının komandanlarından biri kimi tanınmışdı.
628 Tәyyarәçi Fәzli bәy (1887–1914) – türk hәrbi tәyyarәçisi. Böyük
Britaniyada hәrbi aviasiyanın sirlәrinә yiyәlәnmişdi. Balkan mühari -
bәsindәki qәhrәmanlığına görә ordenlәrlә tәltif edilmişdi. Lakin
Ә.Topçubaşov onun adını Milli Mücadilә iştirakçıları ilә bir sırada
çәkmәklә tarixi anaxronizmә yol verir. Çünki 1914-cü ildә hәlak olan
Fәzli bәy, tәbii ki, Qurtuluş Savaşına qatıla bilmәzdi. Burada söhbәt
çağdaş Türkiyә hәrbi aviasiya tarixindә yeri olan vә hәmkarı ilә
oxşar ad daşıyan Tәyyarәçi Fazil bәydәn (1889–1923) gedir.