Page 680 - design_Topcubashov_Full_Layout 1
P. 680

İzahlar və şərhlər


                  sәhiyyә komissiyasının üzvü kimi  Topçubaşovun bu prosesdәki
                  fәaliyyәti nәzәrdә tutulur.
                  593  Hәsәn bәy Ağayev (1875–1920) – hәkim, ictimai-siyasi xadim.
                  Azәrbaycan Cümhuriyyәtinin qurucularından biri. 1918–1920-ci
                  illәrdә Cümhuriyyәt Parlamenti sәdrinin birinci müavini. Parlament
                  sәdri Ә.Topçubaşov Paris sülh konfransında olduğundan 1920-ci ilin
                  fevralına qәdәr qanunverici qurumun fәaliyyәtinә faktiki rәhbәrliyi
                  H.Ağayev hәyata keçirmişdi. 1920-ci ilin iyun ayında Tiflisdә ermәni
                  terrorçuları tәrәfindәn qәtlә yetirilmişdi.
                  594
                    Sitarә xanım Vәzirova (1880–1933) – Әhmәd Ağaoğlunun hәyat
                  yoldaşı.
                  595  Rәşid bәy Topçubaşov (1900–1926) – Ә.Topçubaşovun ortancıl
                  oğlu. Nümayәndә heyәtindә atasının şәxsi katibi vәzifәsini yerinә
                  yetirir, eyni zamanda Sorbonna Universitetindә tәhsil alırdı.
                  596
                    Söhbәt Әli bәy Hüseynzadәnin sonbeşik qızı Feyzavәr Alpsardan
                  (1920) gedir.
                  597  Bәhram Hüseynzadә (1901–1966) – Әli bәy Hüseynzadәnin
                  qardaşı oğlu.  Azәrbaycan Cümhuriyyәtinin ali tәhsil almaq üçün
                  xaricә göndәrdiyi 100 tәlәbәdәn biri. 1926-cı ildә  Almaniyadakı
                  Darmştadt  Texniki Universitetini bitirdikdәn sonra  Azәrbaycana
         680      qayıtmış, müxtәlif sәnaye müәssisәlәrindә çalışmışdı. 1937–1956-cı
                  illәrdә hәbs düşәrgәlәrindә cәza çәkmişdi. Mәşhur tarixçi Sara
                  Aşurbәylinin әri olmuşdu.
                  598
                     Әlәşrәf bәy Sultanov – Әlәşrәf Sultanoğlu, Әlәşrәf Kürdәmir
                  adları ilә dә tanınır. Әlimәrdan bәy Topçubaşovun böyük qızı Saranın
                  (Sarabәyim) әri idi. Azәrbaycan Cümhuriyyәti hökumәtindә sәnaye
                  vә ticarәt nazirinin müavini vәzifәsindә çalışmışdı. Mühacir kimi
                  әvvәl Fransada, sonra Türkiyәdә yaşamışdı.
                  599  Әdhiyyә xanım (1897–?) – Әli bәy Hüseynzadәnin hәyat yoldaşı.
                  600  Sara xanım Topçubaşi (1899–?) – Әlimәrdan bәyin böyük qızı,
                  Әlәşrәf Kürdәmirin xanımı.
                     “La Republique” – İstanbulda 1924–1938-ci illәrdә fransızca
                  601
                  nәşr olunan qәzet.
                  602  Yunis Nadi Abalıoğlu (1879–1945) – türk siyasәtçi vә jurnalist.
                  Sosial-demokrat istiqamәtli “Cümhuriyyәt” qәzetinin qurucusu vә
                  ilk baş redaktoru. Söhbәt hәmin qәzetdә çap olunan mәhkәmә
                  reportajlarından gedir.
                  603  Abbasqulu Kazımzadә (1885–1983) – azәrbaycanlı siyasi xadim,
                  Müsavat partiyasının qurucularından biri, Azәrbaycan Cümhuriyyәti
                  Parlamentinin üzvü. Türkiyәdә siyasi mühacir.
   675   676   677   678   679   680   681   682   683   684   685