Page 684 - design_Topcubashov_Full_Layout 1
P. 684
İzahlar və şərhlər
629 Kiplinq (Rediard Cozef, 1865–1936) – dünya miqyasında tanınmış
ingilis yazıçısı, şair vә esseist. Әdәbiyyat sahәsindә Böyük Britaniyanın
ilk Nobel mükafatı laureatı (1907).
630 Fәrid bәy (Ahmet Ferid Tek, 1878–1971) – Türkiyә siyasәtçisi,
dövlәt xadimi, diplomat, fikir adamı. Osmanlı Mәclisi-Mәbusanı, I
vә II TBMM üzvü. 1923-cü ildә qurulan İsmәt paşa hökumәtindә
daxiliyyә vәkili (daxili işlәr naziri) vәzifәsini tutmuşdu. 1921–1923-cü
illәrdә Fransada, 1925–1932-ci illәrdә Böyük Britaniyada, 1932–1939-cu
illәrdә Polşada, 1939–1943-cü illәrdә Yaponiyada Türkiyә sәfiri
olmuşdu.
631 İsrafil Әşrәfov (1900–?) – Azәrbaycan Cümhuriyyәti Parlamentinin
qәrarı ilә xaricә göndәrilәn 100 tәlәbәdәn biri. Parisdә, Sorbonnada
tәhsil almışdı. Sonrakı taleyi barәdә mәlumat yoxdur.
632 D`Uzes Anna (Anna Mortemar, hersoginya de D`Uzes, 1847–1933)
– fransız siyasi xadimi. Keçmiş әri hersoq de Yuzesdәn qalma sәrvәtә
malik idi. Fransız siyasi hәyatının üst qatlarında nüfuz vә әlaqәlәri
vardı.
633
Franklin-Bulion Henri (1870–1937) – fransız siyasәtçisi, radikal-
sosialist partiyasından Fransa Parlamentinin üzvü, Parlamentin xarici
684 әlaqәlәr komissiyasının sәdri. Türklәrә vә azәrbaycanlılara rәğbәtlә
yanaşırdı. Türkiyә Cümhuriyyәtinin ilk prezidenti Mustafa Kamal
Atatürkün şәxsi dostu kimi tanınırdı.
634
L. – çox ehtimal ki, Ә.Topçubaşovun açıqlamadığı bu inisial
altında mәşhur türk dostu, Birinci Dünya müharibәsi illәrindә alman
hәrbi mәslәhәtçilәr qrupunun rәhbәri, general-leytenant (Türkiyәdә
hәrbi rütbәsi müşir-marşal idi) Otto Liman von Sanders (1855–1929)
nәzәrdә tutulur.
635 Әli Fәthi Okyar (Ali Fethi Okyar, 1880–1943) – türk hәrbçisi,
dövlәt xadimi vә diplomat, Atatürkün dostu vә yaxın silahdaşı. 1924–1925-ci
illәrdә Türkiyәnin baş naziri. Әhmәd Ağaoğlu ilә birlikdә Liberal-
cümhuriyyәtçi partiyasını (Sәrbәst parti) qurmuşdu. Türkiyәnin bir
sıra Qәrbi Avropa ölkәlәrindә sәfiri olmuşdu.
636 Mustafa Çokayev (Çokay, Şokay, Çokayoğlu, 1890–1941) –
qazax siyasi vә ictimai xadimi, publisist, Türküstanın milli müstәqillik
mübarizәsinin (Kokand muxtariyyәti) ideoloqu. 1921-ci ildәn siyasi
mühacir kimi Avropa ölkәlәrindә yaşayır, ümumtürküstan mühacirәtinin
lideri kimi tanınırdı.
637 Boğazlar mәsәlәsi – Türkiyә әrazisindәki böyük strateji әhәmiyyәtә
malik Qara dәniz boğazlarından istifadә mәsәlәsinin tәnzimlәnmәsi