Page 686 - design_Topcubashov_Full_Layout 1
P. 686

İzahlar və şərhlər

                  645  Sultan Girey Kılıç Şaxanoviç (1880–1947) – adıgey, rus hәrbçisi,
                  general-mayor (1917). Kornilov qiyamının iştirakçısı.  Ağqvardiya
                  hәrәkatının mәğlubiyyәtindәn sonra siyasi mühacir. Qafqaz dağlıları
                  Xalq partiyasının rәhbәrliyindә tәmsil olunurdu. İkinci Dünya
                  müharibәsi illәrindә faşistlәrlә әmәkdaşlıq yolunu tutmuşdu. İngilislәr
                  tәrәfindәn SSRİ-yә qaytarılmış, sovet mәhkәmәsinin hökmü ilә edam
                  edilmişdi.
                  646  Taduyev (daha dәqiq: Tutaev) Albast Tsexaroviç (1863–1943) –
                  inquş hәrbçisi, tarixçi vә etnoqraf. 1920-ci ildәn sonra siyasi mühacir.
                  Qafqaz dağlıları Xalq partiyasının rәhbәrliyindә tәmsil olunurdu.
                  647  Cabaqiyev Vassan-Girey İşiyeviç (1882–1961) – inquş maarifçisi,
                  ictimai-siyasi xadim. 1918–1919-cu illәrdә Dağlılar Respublikasında
                  bir sıra vәzifәlәr tutmuşdu. 1920-ci ildәn siyasi mühacir. Polşada,
                  Fransada, son illәr isә Türkiyәdә yaşamışdır. Özündәn sonra zәngin
                  elmi vә publisist irsi qalmışdır.
                  648  Ramişvili Noy Vissarionoviç (1881–1930) – gürcü siyasәtçisi,
                  inqilabçı, menşevik. Gürcüstan Demokratik Respublikasının ilk
                  hökumәtinin sәdri. Daha sonra xarici işlәr naziri vәzifәsini tutmuşdu.
                  1921-ci ildәn Fransada siyasi mühacir hәyatı yaşayırdı. Prometey
                  hәrәkatının fәal iştirakçılarından biri idi. Mәkrli xarakterinә vә daim
         686
                  konflikt yaratmağa can atdığına görә Әlimәrdan bәy onu Şekspir
                  qәhrәmanının adı ilә Yaqo adlandırırdı.
                  649
                     Zeynәb xanım (Zeynәb Osmanovna Çermoyeva) – Heydәr
                  Bammatın xanımı. Çeçen lideri, Dağlılar Respublikasının ilk baş
                  naziri Әbdülmәcid Çermoyevin qardaşı qızı idi.
                    Dumbadze Vasili Davıdoviç (1881–1943) – gürcü zadәganı, rus
                  650
                  çarı II Nikolayın şәxsi mühafizә alayının generalı İ.A.Dumbadzenin
                  qardaşı oğlu. Çar Rusiyasının süqutuna qәdәr Qafqazda dağ-mәdәn
                  sәnayesi vә ictimai fәaliyyәtlә mәşğul olmuşdu. İnqilabdan sonra
                  ABŞ-a mühacirәt etmişdi. Parisdәki gürcü vә azәrbaycanlı mühacir
                  dairәlәri ilә sıx әlaqә saxlayır, ABŞ-da onların maraqlarını tәmsil
                  etmәyә çalışırdı.
                  651  Tapa – Dağlılar Respublikasının ilk baş naziri  Әbdülmәcid
                  Çermoyev hәmkarları vә dostları arasında daha çox bu adla tanınırdı.
                  652
                    Sevәr Topçubaşi (1903–1977-ci ildәn sonra) – Әlimәrdan bәyin
                  kiçik qızı.
                  653
                    Kelloq (Frank Billinqs Kellogg, 1856–1937) – amerikan siyasәtçisi
                  vә dövlәt xadimi, diplomat. ABŞ-ın Böyük Britaniyada sәfiri, 1925–1929-cu
                  illәrdә Dövlәt katibi olmuşdu. Milli maraqlarla bağlı siyasәtin hәyata
   681   682   683   684   685   686   687   688