Page 681 - design_Topcubashov_Full_Layout 1
P. 681

İzahlar və şərhlər

           604  Әhmәd Cavad (1892–1937) –  Azәrbaycan şairi, tәrcümәçi,
           pedaqoq. Dövlәt himnimizin sözlәrinin müәllifi. Milli hәrәkatda
           yaxından iştirak etmiş, onun qayә vә ideyalarına bağlılığına görә
           repressiyaya mәruz qalmışdı.
           605  Әli Yusif Yusifzadә (1900–1937) – azәrbaycanlı şair, publisist.
           Azәrbaycan Cümhuriyyәti hökumәtinin qәrarı ilә ali tәhsil almaq
           üçün Avropaya göndәrilәn 100 gәncdәn biri. Sorbonna Universitetindә
           tәhsil almışdı. Müsavat partiyasının vә onun Bakıdakı gizli şәbәkәsinin
           fәallarından biri. 1920-ci illәrdәn etibarәn tәqib vә hәbslәrә mәruz
           qalmış, 1937-ci ildә “üçlüyün” hökmü ilә güllәlәnmişdi.
           606
              Lozanna konfransı – İsveçrәnin Lozanna şәhәrindә 1922-ci il
           noyabrın 20-dәn 1923-cü il iyulun 24-nә qәdәr (müәyyәn fasilәlәrlә)
           Böyük Britaniya, İtaliya vә Fransanın tәşәbbüsü әsasında Türkiyә ilә
           sülh müqavilәsi hazırlamaq üçün keçirilәn beynәlxalq konfrans.
           Konfrans nәticәsindә 17 sәnәd, o cümlәdәn boğazlar haqqında kon -
           ven siya vә Lozanna sülh anlaşması imzalanmışdı. Konfransda
           G.V.Çiçerinin rәhbәrliyi altında bollevik nümayәndә heyәti dә yalnız
           boğazlar mәsәlәsinin müzakirәsi ilә bağlı iştirak etmişdi.
           607  Makdonald (James Ramsay MacDonald, 1866–1937) – ingilis
           siyasәtçisi vә dövlәt xadimi. 1924-cü ildә Böyük Britaniyanın baş  681
           naziri vә xarici işlәr naziri. 1929–1934-cü illәrdә Britaniya hökumәtinә
           rәhbәrlik etmişdir. Hakimiyyәti dövründә İngiltәrә ilә SSRİ arasında
           diplomatik әlaqәlәr qurulmuşdur (1929).
           608  İkinci Beynәlmilәl – mәnbәlәrdә Sosialist Beynәlmilәli, yaxud
           Fәhlә Beynәlmilәli kimi dә tanınır. Dünya sosialist fәhlә partiyalarının
           1889-cu ildә tәsis edilmiş beynәlxalq birliyi.
           609  Moskva müqavilәsi –  Türkiyә hökumәti ilә RSFSR hökumәti
           arasında dostluq vә qardaşlıq haqqında 1921-ci il martın 16-da
           Moskvada imzalanan müqavilә nәzәrdә tutulur.
           610
             “Yeni Kafkasya” – mühacir nәşr, M.Ә.Rәsulzadәnin redaktorluğu
           vә fәal müәllifliyi ilә 1923–1927-ci illәrdә İstanbulda ayda iki dәfә
           çıxan siyasi, sosial, әdәbi mәcmuә, Azәrbaycan mühacirәtinin ilk
           tribunalarından vә rәsmi yayın orqanlarından biri. Ә.Topçubaşovun
           burada Parisdәn göndәrdiyi xeyli mәqalәsi çap olunub.
           611
             Ağa Mehdi Cәfәrov (?–1924) – azәrbaycanlı zәngin, Bakıda bir
           sıra zavodların sahibi. Azәrbaycanda sovet hakimiyyәti qurulandan
           sonra  Türkiyәyә mühacirәt etmiş, burada hәyatına intiharla son
           qoymuşdu.
   676   677   678   679   680   681   682   683   684   685   686