Page 677 - design_Topcubashov_Full_Layout 1
P. 677

İzahlar və şərhlər


           illәrindә Azәrbaycan KP MK-nın vә respublika hökumәtinin rәsmi
           orqanı olmuşdu.
           568
              “Bakı fәhlә, әsgәr vә matros deputatları sovetinin xәbәrlәri”
           (“Известия бакинского совета рабочих, солдат и матросов”)
           – 1917-ci il martın 30-dan (yeni üsulla aprelin 12-dәn) 1918-ci il
           iyulun 31-nә qәdәr Bakıda rus,  Azәrbaycan vә ermәni dillәrindә
           daşnak yönümlü Bakı Sovetinin mәtbu orqanı kimi nәşr olunan
           gündәlik ictimai-siyasi qәzet. Әsasәn, bolşevik-daşnak ideyalarını
           tәbliğ edirdi.
           569  Srvantstyan Amazasp (1873–1921) – ermәni terrorçusu, daşnak.
           1905–1906-cı illәrdә azәrbaycanlılara qarşı soyqırımda fәal iştirak
           etmiş, çar hökumәti tәrәfindәn 15 illik Sibir katorqasına göndәrilmişdi.
           1918-ci ildә 3500 nәfәrlik ermәni silahlı bandasının başında Bakı
           uğrunda savaşda türk-azәrbaycanlı hәrbi hissәlәrә qarşı vuruşmuş,
           amma Mikoyanın yazdığına görә, qorxaqlıq edәrәk döyüş meydanından
           qaçmışdı. Çoxsaylı cinayәt әmәllәrinә görә 1921-ci ildә Ermәnistan
           hәbsxanalarından birindә linç edilmişdi.
           570  Lalayan Stepan (?–1919) – ermәni millәtçisi, daşnak partiyasının
           fәalı. 1918-ci ildә Bakıda Mart qırğınının vә Azәrbaycanın bir sıra
           bölgәlәrindә milli әlamәtlәrә görә soyqırımın әsas tәşkilatçılarından  677
           biri. Fövqәladә İstintaq Komissiyasının qәrarına әsasәn hәbs edilmiş,
           Bayıl hәbsxanasında ölmüşdü.
           571
              “Açıq söz”  – әsası 1915-ci ildә Mәhәmmәd Әmin Rәsulzadә
           tәrәfindәn qoyulmuş ictimai-siyasi vә әdәbi qәzet. Milli hәrәkata vә
           Müsavat partiyasına yaxınlığı ilә seçilirdi.
             “Vәhşi diviziya” – Rusiya imperiyasının Birinci Dünya müharibәsinә
           572
           qoşulması ilә әlaqәdar olaraq, 1914-cü ilin avqustunda formalaşdırılmağa
           başlayan, tәrkibinin tәxminәn 90 faizi Şimali Qafqaz vә Zaqafqaziya
           müsәlmanlarından ibarәt olan Qafqaz yerli süvari diviziyası. Müharibә
           cәbhәlәrindә cәsarәt vә qorxmazlıqlarına görә tezliklә cәsur, qorxmaz
           diviziya anlamında işlәdilәn “vәhşi diviziya” adını almışdı.
           573  Hüseynqulu xan Naxçıvanski (1863–1919) – Azәrbaycan әsilli
           rus sәrkәrdәsi, tam süvari generalı, imperator II Nikolayın şәxsi
           yavәri, general-adyudant. Naxçıvan xanı, general-mayor Kәlbәli xan
           Naxçıvanskinin oğlu idi. Birinci Dünya müharibәsindә bir sıra uğurli
           hәrbi әmәliyyatlar aparmış qvardiya süvari korpusuna komandanlıq
           etmişdi. Hәrbi şücaәtinә görә 15 rus, 9 xarici ordenlә tәltif olunmuşdu.
           1919-cu ildә hәbs olunmuşdu. Sonrakı taleyi bәlli deyil. Böyük
           ehtimalla, bolşeviklәr tәrәfindәn güllәlәnmişdir.
   672   673   674   675   676   677   678   679   680   681   682