Page 672 - design_Topcubashov_Full_Layout 1
P. 672

İzahlar və şərhlər

                  521  Şimali Arxangelsk hökumәti – Müvәqqәti Sibir hökumәti kimi
                  dә tanınır. Ağqvardiyaçıların daha çox kağız üzәrindә mövcud olan
                  qısaömürlü idarәçilik formalarından birinin adı idi.
                  522  Acemov Moisey Sergeyeviç (1878–1953)  – ermәni әsilli rus
                  siyasәtçi, kadet partiyasının üzvü. Hüquqşünas vә hәkim. II vә III
                  Dövlәt Dumalarına seçilmişdi. 1917-ci ildә Müvәqqәti hökumәtin
                  Әdliyyә Nazirliyi yanında komissarı vәzifәsinә tәyin olunmuşdu.
                  Bakı milyonçusu Mantaşevin inanılmış adamı kimi, onun neft
                  mәdәnlәrinin ingilislәrә satılmasında aparıcı sima olmuşdu. Fransada,
                  sonra isә ABŞ-da mühacir kimi yaşamışdı.
                  523  Minorski Vladimir Fyodoroviç (1877–1966) – rus şәrqşünası vә
                  diplomat, İran vә Cәnubi Qafqazın tarix, mәdәniyyәt, әdәbiyyat vә
                  tarixi coğrafiyasının tәdqiqatçısı. Kembric Universitetinin professoru.
                  Orta әsrlәr Azәrbaycan tarixinә dair Kembric Universitetindә çap
                  olunmuş “Studies in Caucasian History”, “History of Shirvan and
                  Derbent”, “The Clan of the Qaraqoyunlu rulers” kimi tarixi araşdır -
                  ma ların müәllifidir.
                  524  Şebunin Aleksey Fyodoroviç (1867–1937) – rus diplomatı, çar
                  Rusiyasının Qahirә vә İstanbul, habelә Roma vә Parisdәki missiyalarında
                  çalışıb. 1917-ci ildәn sonra Fransada mühacir hәyatı yaşamışdı.
         672      525  Mangin (Çharles Marie Emmanuel Mangin, 1866–1925)  –
                  Birinci Dünya müharibәsi cәbhәlәrindә döyüşmüş fransız generalı.
                  1919-cu ildә Denikin qәrargahı yanında fransız hәrbi missiyasının
                  rәhbәri olmuşdu.
                  526  Nadot Leon (daha dәqiq: Naudut, yaxud Nodot, 1872–1949) –
                  fransız yazıçısı vә jurnalist. Birinci Dünya müharibәsi illәrindә
                  Rusiyada yaşamış vә böyük populyarlıq qazanmışdı. Rusiya-Fransa
                  әlaqәlәrinә dair çoxsaylı siyasi-publisist mәqalәlәrin vә araşdırmaların
                  müәllifi kimi tanınırdı.
                  527  Safrastyan Arşak – Böyük Britaniyada yaşayan ermәni jurnalisti,
                  publisist. Ari irqinin guya Ermәnistan yaylasından bütün dünyaya
                  yayılması haqqındakı uydurmanın fәal apologetlәrindәn biri kimi
                  tanınmışdı.
                  528  Ağa xan III Sultan Mәhәmmәd şah (1877–1957)  – Nizari
                  ismaililәrinin 48-ci imamı. Ümumihindistan Müsәlman Liqasının
                  qurucularından biri. Hindistanda vә Britaniya ilә sıx bağlılığı olan
                  Yaxın Şәrq ölkәlәrindә müsәlmanların hüquqlarının qorunmasını
                  fәaliyyәtinin әsas istiqamәtlәrindәn biri sayırdı.
                  529  Şah  – 1909–1925-ci illәrdә İran hökmdarı olmuş Әhmәd şah
                  Qacar (1897–1930) nәzәrdә tutulur.
   667   668   669   670   671   672   673   674   675   676   677