Page 676 - design_Topcubashov_Full_Layout 1
P. 676

İzahlar və şərhlər


                  orqanı. Ümumrusiya Müәssislәr Mәclisinә Zaqafqaziyadan seçilmiş
                  nümayәndәlәrdәn vә siyasi partiyaların tәmsilçilәrindәn tәşkil edilmişdi.
                  Sәdri gürcü sosial-demokratı N.S.Çxeidze idi.
                  561
                    Milli Şura – Azәrbaycan Milli Şurası, bәzi hallarda isә Zaqafqaziya
                  Müsәlmanlarının Müvәqqәti Milli Şurası da adlandırılır. Zaqafqaziya
                  Seyminin azәrbaycanlı üzvlәrinin 1918-ci il mayın 27-dә  Tiflisdә
                  keçirilәn fövqәladә toplantısında yaradılmış partiyalararası siyasi
                  orqan. Aparıcı qüvvәsi Müsavat partiyası idi. Mayın 28-dә Milli Şura
                  Azәrbaycanın dövlәt müstәqilliyi haqda İstiqlal Bәyannamәsi qәbul
                  etmişdi.
                  562  Xüsusi Zaqafqaziya Komitәsi – Müvәqqәti hökumәtin
                  Zaqafqaziyanın idarәçiliyi üçün yaratdığı xüsusi orqan. Yurisdiksiyası
                  altına Qafqaz canişinliyinin bütün keçmiş әrazisi daxil idi. Komitәdә
                  Azәrbaycanı IV Dövlәt Dumasının üzvü M.Y.Cәfәrov tәmsil edirdi.
                  Sәdr kadet V.A.Xarlamov idi.
                  563  Bibiheybәt mәscidi  – Bakının cәnub girişindә Bakı buxtası
                  üzәrindә XIII әsrdә Şirvanşah hökmdarı Axsitanın әmri ilә memar
                  Mahmud ibn Sәәd tәrәfindәn şiәlәrin sәkkizinci imamı Museyi-
                  Kazımın bacısı Hәkimә xanımın mәzarı üzәrindә ucaldılan vә sonradan
                  ziyarәtgaha çevrilәn mәscid kompleksi. 1936-cı ildә bolşeviklәr
         676
                  tәrәfindәn dağıdılmış, 1990-cı illәrdә  Azәrbaycan hökumәtinin
                  tәşәbbüsü ilә bәrpa edilmişdi.
                  564
                     Brest-Litovsk müqavilәsi – 1918-ci il martın 3-dә bir tәrәfdәn
                  Sovet Rusiyası, o biri tәrәfdәn isә Mәrkәzi dövlәtlәr (Almaniya,
                  Avstriya-Macarıstan, Osmanlı imperiyası vә Bolqarıstan çarlığı)
                  arasında imzalanan separat müqavilә. Sәnәddә Rusiyanın mәğlubiyyәti
                  vә Birinci Dünya müharibәsindәn çıxması öz әksini tapmışdı. Separat
                  müqavilә  Azәrbaycan Cümhuriyyәti dövlәtinin maraqlarına ciddi
                  şәkildә toxunurdu.
                  565  Milli Demokratik Partiya – daşnaksutyunla müqayisәdә guya
                  daha yumşaq siyasәt yürütdüyü iddia olunan sosial-demokrat yönlü
                  ermәni siyasi partiyası “Qnçak” nәzәrdә tutulur.
                  566  Şaumyan Stepan Georgiyeviç (1876–1918) – bolşevik maskası
                  altında gizlәnmiş daşnak, Bakıda 1918-ci ilin martında Azәrbaycan
                  türklәrinә qarşı törәdilmiş soyqırımın tәşkilatçısı, Leninin Qafqazda
                  әn inanılmış silahdaşı, bәdnam 26 Bakı komissarlarının lideri – Bakı
                  Xalq Komissarları Sovetinin sәdri.
                  567  “Bakı fәhlәsi” (“Бакинский рабочий”) – 1906-cı ildәn Bakıda
                  nәşr olunan rusdilli gündәlik ictimai-siyasi qәzet. Sovet hakimiyyәti
   671   672   673   674   675   676   677   678   679   680   681