Page 674 - design_Topcubashov_Full_Layout 1
P. 674

İzahlar və şərhlər

                  540  Piralov (Piralyan)  Arakel  – Paris sülh konfransında ermәni
                  nümayәndә heyәtinin üzvü.
                  541  Maçabeli Georgi Mixayloviç (1885–1935) – gürcü diplomatı,
                  1921-ci ildә Gürcüstanın İtaliyada sәfiri tәyin edilmiş, lakin müstәqil
                  Gürcüstan Respublikasının süqutu nәticәsindә fәaliyyәtә başlaya
                  bilmәmişdi.
                  542  Omsk hökumәti  – ağqvardiya hәrәkatının Omskda admiral
                  A.V.Kolçakın rәhbәrliyi altında elan etdiyi vә ümumrusiya hakimiyyәtinә
                  iddialı olan çoxsaylı qurumlardan biri. 1918-ci il noyabrın 18-dә elan
                  olunmuşdu. Hakimiyyәti müvәqqәti dә olsa, Ural, Sibir vә Uzaq
                  Şәrqin böyük bir әrazisindә yayılmışdı.
                  543  Böyük Nobel  – çox güman ki, 1888–1917-ci illәrdә Nobel
                  qardaşlarının çar Rusiyası, ilk növbәdә isә Bakıdakı biznes layihәlәrinә
                  rәhbәrlik edәn vә Azәrbaycanla әlaqәlәrini itirmәyәn Lüdviq Nobelin
                  oğlu Emmanuel Lüdviq Nobel (1859–1932) nәzәrdә tutulur.
                  544  Yusif bәy Vәzirov (Çәmәnzәminli, 1885–1942) – azәrbaycanlı
                  yazıçı, publisist, ictimai xadim, diplomat. 1918–1920-ci illәrdә
                  Azәrbaycan Cümhuriyyәtinin Ukrayna vә Osmanlı imperiyasında
                  diplomatik nümayәndәsi.
                  545  Ümumdünya Poçt İttifaqı – 1874-cü ildә dünya ölkәlәri arasında
         674      sәmәrәli rabitә tәminatının hәyata keçirilmәsi mәqsәdilә yaradılmış
                  beynәlxalq tәşkilat. Mәnzil-qәrargahı İsveçrәdә yerlәşirdi.
                  546
                     İvan Volkov – Romada yaşayan rus mühaciri.  Azәrbaycan
                  Respublikası Xarici İşlәr Nazirliyinin mәsul әmәkdaşı Әziz bәy
                  Tahirovla aralarında yaranan anlaşılmazlıqla bağlı Ә.Topçubaşova
                  müraciәt etmişdi.
                  547  Reyter teleqraf agentliyi – dünyanın әn böyük beynәlxalq xәbәr
                  vә maliyyә informasiyası agentliklәrindәn biri. Әsası 1851-ci ildә
                  birja yeniliklәri barәdә mәlumat yaymaq üçün Pol Culius Reyter
                  tәrәfindәn qoyulub.
                  548  Şeyxәli Dadaşov – XIX әsrin sonu, XX әsrin әvvәllәrindә yaşamış
                  birinci gildiya Bakı taciri. Xeyriyyәçilik fәaliyyәti ilә dә mәşğul
                  olurdu. İçәrişәhәrdәki Cümә mәscidi onun vәsaiti hesabına bәrpa vә
                  tәmir edilmişdi.
                  549  Әlәkbәr Cabbarov (1898–?) – Azәrbaycan Parlamentinin qәrarı
                  ilә 1919-cu ildә ali tәhsil almaq üçün  Avropaya göndәrilәn 100
                  tәlәbәdәn biri. Fransanın Nansi Universitetindә tәbiәt elmlәrini
                  öyrәnirdi. Sonrakı taleyi haqqında heç bir mәlumat yoxdur.
                  550  Zaur bәy Daqerov (1902–?) – Vladiqafqazda doğulmuş, 1918-ci
                  ildә Tiflis kadet korpusunu bitirmişdi. Etnoqrafiya sahәsindә ali tәhsil
   669   670   671   672   673   674   675   676   677   678   679